vaxtlı-vaxtında oxuyun! Cümə, 11 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
ATLETİKA  
23:15 | 2 sentyabr 2024 | Bazar ertəsi Məqaləyə 982 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Dünyanın ən güclü adamı”nın sirri açılıb

Tədqiqatçılar tapıntılardan heyrətlənib

FATEH

Dünyanın ən güclü insanlarından biri üzərində aparılan araşdırmalar, ağırlıqların qaldırılmasında ayağın üç kiçik əzələsinin mühüm rol oynadığını ortaya çıxarıb. Britaniyalı ağır atlet Eddi Holl 2017-ci ildə “Dünyanın ən güclü adamı” yarışmasının qalibi olub. O, 2016-cı ildən 2020-ci ilə qədər tarixin ən ağır çəkisini qaldırma rekorduna da sahibdir.

Böyük Britaniyanın “Loughborough” Universitetinin tədqiqatçıları Hall kimi insanlar üzərində çox tədqiqat aparılmadığını nəzərə alaraq 200-dən çox adamın iştirak etdiyi araşdırma aparıblar.

“Journal of Applied Physiology” jurnalında bu yaxınlarda dərc edilən araşdırmada Hollun gücü və əzələ kütləsi, həmçinin idmançılar, müntəzəm məşq edən insanlar və ümumiyyətlə məşq etməyənlər araşdırılıb.

Tədqiqatçılar Hollin ayağındakı bir qrup əzələnin digərlərindən gözlənilmədən böyüdüyünü müşahidə ediblər.

“Sartorius”, “gracilis” və “semitendinosus” adlanan üç nazik, uzun əzələlər güc məşqləri etməyən kişilərə nisbətən Hollda yüzdə 140-202 faiz daha böyük idi.

Məqalənin müəlliflərindən biri olan Conatan Folland, diz və omba əzələlərinin bunlara nisbətən çox daha inkişaf etmiş olmasını gözlədiklərini söyləyib.

O əlavə edir ki, bu əzələlərin də xeyli inkişaf etdiyi müşahidə edilsə də, ən böyük inkişafın ayaqdakı nazik əzələ qrupunda olması onları təəccübləndirib.

Folland “Bu əzələlərə çox az elmi diqqət yetirilmişdi, ona görə də onların müxtəlif vəzifələrdə nə qədər vacib olduğunu həqiqətən bilmirik”, – deyib.

Ancaq onilliklər boyu ağır yükləri qaldırıb daşıyan və bunu çox yaxşı bacaran bir insanda bu əzələlərin çox inkişaf etdiyini görmək həqiqətən maraqlı idi. Aydındır ki, bu əzələlər çox ağır yüklərin qaldırılmasında və daşınmasında əvvəllər düşündüyümüzdən daha vacibdir.

Alimlər onu da qeyd ediblər ki, budun ön hissəsində yerləşən “quadriseps femoris” adlanan dörd əzələ iki dəfə böyükdür və bu əzələlərin bağlandığı vətər isə cəmi 30 faiz böyükdür.

Tədqiqatçıların fikrincə, bu, əzələlərin vətərlərdən daha çox dəyişməyə meylli olduğunu göstərir.

“Ümumilikdə, nəticələr əzələ sisteminin nə qədər uyğunlaşa biləcəyini və Eddinin öyrətdiyi və ən çox istifadə etdiyi əzələlərin ən böyük əzələ böyüməsini nümayişini göstərir”, – araşdırmanın digər müəllifi Tom Bolşou deyib.

Tapıntılar haqqında danışan Hall, “Əzələlərin və vətərlərin bədənimə tətbiq etdiyim qüvvələrə necə reaksiya verdiyini öyrənmək çox maraqlı idi”, – deyib.