vaxtlı-vaxtında oxuyun! Bazar, 29 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AVROPA  
10:43 | 16 iyun 2017 | Cümə Məqaləyə 1930 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İŞİD terrorçuları Avropaya axışır

Həbs olunan cihadçıların sayı artır

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropada terrorizmdə şübhəli bilinərək həbs olunan cihadçıların sayı artıq üçüncü ildir ki, ardıcıl olaraq artır, Europol-un hesabatında bildirilir.

Avropa polisinin məlumatına görə, 2016-cı ildə terrorçuluqda şübhəli bilinən 718 nəfər saxlanılıb. 2015-ci ildə saxlanılanların sayı 687, 2014-cü ildə isə 395 nəfər olub.

Eyni zamanda 2016-cı ildə cihadçı hücumların sayı 2015-ci illə müqayisədə azalıb. 2015-ci ildə 17, ötən il isə 13 hücum baş verib.

Bunlardan altısının özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran qruplaşma ilə əlaqəli olduğu deyilir.

Europol-un illik Avropa Birliyində (Aİ) terrorizm vəziyyəti ilə əlaqəli hesabatında, həmçinin radikal sağçı qruplar tərəfindən də zorakı hücumların sayının artması qeyd olunur.

Təşkilat deyir ki, 2016-cı ildə cihadçılar, millətçilər və digər qruplar tərəfindən ümumilikdə 142 «cəhd edilmiş, qarşısı alınmış və baş tutmuş» hücum baş verib.

62 səhifəlik hesabata əsasən, hücumlarda 142 nəfər həlak olub, 379 nəfər xəsarət alıb. Europol qeyd edir ki, ziyan və tələfatın çoxu cihadçı hücumların nəticəsində yaranıb.

Hesabatda bildirilir ki, cihadçı hücumların təşkilində qadınlar böyük rol oynayır.

«Terror aktlarının təşkilində qadınlar öz yolunda kişilərlə müqayisədə daha az maneə ilə qarşılaşırlar», məruzədə deyilir.

Bundan başqa, qadınların Qərb ölkələrində təşkil etdiyi uğurlu və hətta qarşısı alınmış hücumlar digər cihadçıları ruhlandıra bilər, Europol xəbərdarlıq edir.

Bundan başqa Avropada 2014-ci ildən solçu ekstremistlərin təşkil etdiyi hücumların sayı da artır. 2016-ci ildə 27 belə hücum qeydə alınıb ki, onlardan 16-sı İtaliyada törədilib.

Təhlükəsizlik məsələləri üzrə Avropa komissarı Julian King bildirib ki, bu rəqəmlər kəşfiyyat sahəsində daha sıx əməkdaşlığın zəruriliyini göstərir.