
Fransada pensiyalara yeni zərbə
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Avropa ölkəsində son dörd ilin ən zəif artımı baş verir
“Yüksək tələbat səbəbilə marketlər günün ikinci yarısında boş qalır”
Fransada şirkətlər xüsusi detektiv tutur
“Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Reklam afişasında yer alan bir təsvir Strasburqu qaışdırdı
11 il əvvəl terror təşkilatına qoşulan 3 qadın Suriyadan dönərkən həbs olunmuşdu
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Marketlərdə satılan bakteriyalı ağartıdan 2 nəfər öldü
Fransanın sement nəhəngi “Lafarge”, ABŞ-ın Nyu-York şəhərindəki Bruklin Federal Məhkəməsində qaldırılan iddiada "İŞİD-ə kömək" cinayətini etiraf edərək, terror təşkilatı İŞİD-ə Suriyada zavodunu işlətmək üçün pul ödədiyinə görə 777,8 milyon dollar cərimə ödəyəcəyi açıqlanıb. Şirkət yaydığı açıqlamada, “"Lafarge” və onun törəmə şirkəti “Lafarge Suriya”, ayrı-ayrı idarəçilərin (menecerlərin) hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürdü. Bu hadisənin baş verməsindən çox təəssüflənirik” bildirib.
ABŞ-da məhkəmədə, Fransanın sement nəhəngi “Lafarge”, Suriyada zavodunun fəaliyyətini davam etdirməsi üçün terror təşkilatı İŞİD-ə pul ödədiyini qəbul edib. “Lafarge” şirkəti 777,8 milyon dollar cərimə ödəyəcək.
Şirkətin 2013-cü ilin avqust ayından 2014-cü ilin oktyabr ayına qədər İŞİD-ə təqribən 17 milyon dollar ödədiyi bildirilir.
2015-ci ildə İsveçrədə yerləşən Holcim tərəfindən satın alınan şirkətin yaydığı məlumatda, “Lafarge və “Lafarge Cement Suriya”, davranışları “Lafarge”ın davranış kodeksini açıq şəkildə pozan müvafiq menecerlərinin hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürdü. Biz bu davranışa görə çox təəssüflənirik və bu problemi həll etmək üçün ABŞ Ədliyyə Nazirliyi ilə işləmişik”, – deyilir.
2018-ci ildə Fransada da “Lafarge”, İŞİD-ə etdiyi ödənişlər ilə insanlığa qarşı cinayətlərin ortağı olmaqda ittiham olunub. “Lafarge” Fransada davam edən istintaqda Fransa hakimiyyəti ilə əməkdaşlığa davam etdiyini bildirib.
Qeyd edək ki, İsveçrənin Holcim şirkəti “Holcim Azərbaycan” ASC-nin də əsas səhmdarıdır.