«Onu həbs etməyin heç kəsə xeyri olmazdı»
Kanadalı polisin mağazadan geyim oğurlayan gəncə qarşı elə bir davranış sərgilədi ki?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Trüdoya təzyiqlər artacaq?
Kanadanın baş naziri seçkilərdə birinciliyi əldən verib
-
“İki illik zəhmətim kül oldu”
Kanadada restoranı yandırılan türk ailəsi hadisəyə aydınlıq gətirilməsini gözləyir
-
Kanadada irqçilik güclənir
Türk ailənin işlətdiyi restoran 3 gün ərzində 2 dəfə yandırılıb
-
Moda milyarderinə 11 il həbs
79 yaşlı Nayqaard azyaşlılara təcavüzə görə azadlıqdan məhrum edilib
-
Səfirlərlə əlaqə dayandırıldı
Meksika ilə ABŞ və Kanada arasında diplomatik skandal
-
Müasir köləliliyin vətəni
Kanada müvəqqəti xarici işçilərin sayını azaldır
-
100 faiz rüsum
ABŞ-dan sonra Kanada Çin istehsalı olan elektrik avtomobillərinə yeni tariflər tətbiq edəcək
-
45 dəqiqəlik işi 8 saniyəyə görüb
ABŞ-da polis hesabatlarında süni intellektin istifadəsi reaksiya doğurdu
-
Dünyanın ikinci ən böyük almazı tapılıb
Rentgen texnologiyasından istifadə edilməklə heç bir zədələnmədən çıxarılıb
-
Kolumbiyada terror təhlükəsi
Polisin basqın etdiyi evdən çoxlu partladıcı maddə tapılıb
-
“İntihar paketi” can almağa davam edir
Yeni Zelandiyadakı 4 ölüm kanadalı aşpazın satdığı qida əlavəsi ilə bağlıdır
-
Yenə yay, yenə yanğın
Kanada meşələrindəki alov 95 min hektara yayılıb
-
Çin Qərbin əl-qolunu bağlayıb
Pekinin aqressiv strategiyaları mədən müharibəsində “dözülməz rəqabət” yaradıb
-
Kanada mənzil problemi
12 illik hökümətin miqrant çarəsi yeni böhrana səbəb olub
-
... Kanada da ABŞ-a qoşulub
Tayvan adasının qorunmasında ...
-
“Yeriməkdə belə çətinlik çəkirəm”
Dion qeyri adi xəstəliklə qarşı-qarşıya
Keçən həftə, Kanadanın Toronto şəhərində bir gənc iş müsahibəsinə geyinmək üçün paltar oğurladığı an saxlanılıb. Lakin onu həbs etməyə göndərilən polis zabiti Niran Ceyanesan (Niran Jeyanesan), 18 yaşlı gəncin hekayəsini eşitdikdən sonra onun üçün oğurlamağa cəhd etdiyi paltarları almağa qərar verib.
İndi isə, cənab Ceyanesan gənc oğlana iş təklifi verildiyini deyib və gələn həftədən yeni işinə başlayacağını bildirib.
«O, bazar ertəsi başlayır», cənab Ceyanesan Kanadanın «CP24» saytına deyib.
«O mənə dedi ki, o həqiqətən də köynəyi və qalstuku geyinmişdi. Elə şadam!»
Keçən həftə hadisəni izah edən polis zabiti bildirmişdi ki, Uelmart mağazasının işçiləri bir gənci köynək, qalstuk və corab oğurlamağa cəhd edərkən saxlayıblar.
«Bu gənc şəxs həyatında çətinliklərlə üzləşib və öz ailəsini dolandırmaq üçün iş tapmaq və düzgün yaşamaq istəyir», cənab Ceyanesan deyib.
«Bu şəxsin heç bir maddi imkanı yox idi. O, iş tapmaq istəyirdi. Onun beynində yalnız bu fikir var idi. Mən həqiqətən düşünürəm ki, o, səhv edib».
Yeniyetmə gənc zabitə atasının xəstə olduğunu və nəticədə ailəsinin çətinliklərlə üzləşdiyini deyib.
Cənab Ceyanesan həmçinin bildirib ki, «kömək etmək istəyən bəzi dostlarımızın» səyləri nəticəsində gəncin atası da işə düzəlib.
Avqustun 7-si zabit Ceyanesanın həmkarı Pol Bois BBC-ə müsahibə verərək, onun hərəkətini tərfiləyib.
«Onu həbs etməyin heç kəsə xeyri olmazdı», o, deyib.
«Mən bu xəbərə çox müsbət yanaşdım. Bütün məsələlər zabitin hərəkətləri ilə həll edildi», o, əlavə edib.