vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ŞOU BİZNES  
20:44 | 9 dekabr 2022 | Cümə Məqaləyə 6569 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Yeriməkdə belə çətinlik çəkirəm”

Dion qeyri adi xəstəliklə qarşı-qarşıya

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Kanadalı müğənni Selin Dion nadir nevroloji xəstəlik diaqnozu qoyulduqdan sonra konsertlərinə ara verib.

“İnstaqram” hesabında fransız və ingilis dillərində video paylaşan Dion, ağrılara səbəb olan, yerimə və oxuma qabiliyyətinə təsir edən “sərt insan sindromu” olduğunu söylədi.

Dion, “Təəssüf ki, ağrılar gündəlik həyatımın hər addımına təsir edir. Bəzən yeriməkdə çətinlik çəkirəm və səs tellərimi oxuyarkən normal istifadə etdiyim kimi istifadə edə bilmirəm” dedi.

Səhnədə olmaq, pərəstişkarlarını görmək və mahnı oxumaq üçün darıxacağını bildirən Dion, “Şoularımda hər zaman 100 faiz performans göstərirəm, amma indiki vəziyyətim buna uyğun deyil”, – deyib.

Nadir nevroloji xəstəlik diaqnozu qoyulduqdan sonra Dion fevralda davam edəcəyi gözlənilən əvvəllər gecikdirilmiş “Cəsarət” turunu təxirə salmaq məcburiyyətində qalıb.

Dionun 2023-cü ilin yazında planlaşdırılan şouları 2024-cü ilə təxirə salınıb və yay konsertləri ləğv edilib.

5 “Grammy” və 2 “Akademiya” mükafatına sahib olan Dion yaddaqalan “I'm Alive” və “My Heart Will Go On” mahnıları ilə bütün zamanların ən çox satılan qadın sənətçisidir.

Sərt insan sindromu nədir?

Sərt insan sindromu, yüksək səs və ya yüngül toxunuş kimi şeylər tərəfindən baş qaldıran sərt əzələlərə və güclü əzələ ağrılarına səbəb olur.

Səbəbi bilinməsə də, sərt insan sindromunun immunitet sisteminin səhvən bədənin normal toxumalarına hücum etdiyi bir “otoimmün xəstəlik” olduğu düşünülür.