vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
23:12 | 1 mart 2014 | Şənbə Məqaləyə 1822 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Putin öz ölüm hökmünü imzaladı»

Rus politoloq Stanislav Belkovski: «Vladimir Jirinovski və Gennadi Züqanov - Rusiya siyasətinin əsas fahişələridir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna ilə müharibənin başlanmasını şərh edən rusiyalı politoloq Stanislav Belkovski hesab edir ki, Vladimir Putin bununla öz ölüm hökmünü imzalayıb.

ANS PRESS-in məlumatına görə, Milli Strategiya İnstitutunun təsisçisi və direktoru, Milli Strategiya Şurasının keçmiş direktoru Stanislav Belkovski bu fikri «Snob» portalında dərc olunmuş köşə yazısında bildirib.

«Beləliklə, biz Ukraynaya qoşun yeritmək istəyirik. Rusiyanın Qara dəniz donanmasını Amerikanın Bəhreyndə yerləşən 5-ci donanmasının iki-üç raketi ilə məhv etmək olar. Bunun üçün hətta 5-ci donanmanı Qara dəniz hövzəsinə yeritmək lazım deyil, sadəcə düyməni basmaq və raketi buraxmaq yetərlidir. Maraqlıdır, sabah Vladimir Jirinovski və Gennadi Züqanov - Rusiya siyasətinin əsas fahişələri harada olacaq. Çünki fahişəlik peşəkar məşğuliyyətdir, həvəskar iş deyil, onlar anlayan kimi Putinin sonu çatıb, «qarın ağrısına düşəcəklər». Baxaq, sabah onlar harada olacaqlar - bu, çox önəmli indikatordur», - deyə Belkovski bildirib.