
“Əməkdaşlığa maraq kifayət qədərdir”
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Məzar daşları dağıdıldı
ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Yeni ünvan seçimləri arasında İstanbul da var
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Avropada yaşayan türklərin mövsümü rekordu
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Qərb və yəhudi bankirlər, yoxsa ...
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
ABŞ-dan türklərə misli görünməmiş xəbərdarlıq
Ukrayna donanması üçün Türkiyədə istehsal olunan sualtı qayıq əleyhinə gəmi suya salınıb. Ukrayna Müdafiə Nazirliyinin dünən verdiyi açıqlamada Ada sinifli korvetin İstanbulun Tuzla rayonundakı RMK Marine limanından buraxıldığı bildirilib.
“Hetman İvan Vıhovski” hərbi gəmisi üçün təşkil edilən mərasimdə Ukraynanın müdafiə naziri Rüstəm Ömərov, birinci xanım Olena Zelenska, Ukrayna Hərbi Dəniz Qüvvələri komandanı Aleksey Neyjpapa və Krım Tatar Milli Məclisinin sədri Mustafa Əbdülcəmil Kırımoğlu, həmçinin “Baykar” müdafiə şirkətinin baş direktoru Haluk Bayraktar iştirak edib. .
Ömərov mərasimdəki çıxışında, “Ölkəmizin çətin dövrdən keçdiyi bu dövrdə dəstək olan türkiyəli tərəfdaşlarımıza minnətdaram. Ukrayna artıq onlarla gəmini məhv etməklə Rusiya donanmasının dənizdəki üstünlüyünü qırıb. Biz Qara dəniz və Azov dənizində Ukrayna donanmasının imkanlarını fəal şəkildə artırırıq.
Ukraynanın “Militarnyi” saytının xəbərlərinə görə, gəmi “Aselsan” şirkətinin istehsalı olan “Korkut” 35 millimetrlik zenit silahını daşıyır.
Bundan əlavə, döyüş gəmisində İtaliyanın OTO Melara şirkəti tərəfindən istehsal olunan Super Rapid 76 millimetrlik dəniz silahı var.
1657-1659-cu illərdə hakimiyyətdə olmuş qazax hetman İvan Vixovskinin adını daşıyan gəmi, 2022-ci ilin oktyabrında suya buraxılan Hetman İvan Mazepa korvetindən sonra Kiyev üçün Türkiyədə inşa edilən öz sinfinin ikinci döyüş gəmisi olub.
Dəniz sınaqları davam edən Hetman İvan Mazepanın sələfi Hetman Sahaydaçni freqatının Rusiya tərəfindən tutulmasının qarşısını almaq üçün 2022-ci ilin martında batırılmasından sonra Ukrayna donanmasının yeni flaqmanı olacağı gözlənilir.
Digər tərəfdən, İngiltərənin tanınmış qəzetlərindən olan “The Guardian” yazıb ki, “Hetman İvan Vıhovski” Ukraynaya nə vaxt çatacağı dəqiq deyil.
Xəbərdə xatırladılıb ki, Montrö Boğazı Konvensiyası çərçivəsində döyüşən tərəflərin gəmilərinin Qara dənizə Bosfordan girib-çıxması qadağan edilib.