vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ASİYA  
15:56 | 21 avqust 2024 | Çərşənbə Məqaləyə 268 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hindistanda daha bir cinsi cinayət

İki məktəbli qızın təcavüzü ilə bağlı etirazlar səbəbindən məktəblər bağlanıb və internet kəsilib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Hindistanın Mumbay yaxınlığındakı bir şəhərdə iki qızın cinsi təcavüzü ilə bağlı etirazların artması səbəbindən bu gün internet xidmətləri kəsilib və məktəblər bağlanıb.

“Reuters”in verdiyi məlumata görə, Hindistanın maliyyə paytaxtı Mumbaydan təxminən 50 kilometr aralıda yerləşən Badlapurda etirazlar ölkənin şərqindəki Kəlkütə şəhərində 31 yaşlı həkimin zorlanması və öldürülməsi ilə bağlı ümummilli nümayişlər fonunda keçirilib.

KİV-in məlumatına görə, səlahiyyətlilər həftə sonu Badlapurdakı bir məktəbdə iki şagirdə cinsi təcavüz etdiyi iddiasıyla təmizlik işçisini saxlayıblar.

Qəsəbədəki polis rəsmiləri mətbuatın suallara cavab verməyib. Qəzəbli etirazçılar saatlarla dəmiryollarını bağlayaraq qızlar üçün ədalət tələb ediblər. Kütlənin protesti həkimlərin və qadın qruplarının ölkə boyu təşkil etdiyi etirazlara qarışaraq böyük rezonans doğurub.

“ABP News” xəbər verir ki, hakimiyyət etirazları yatırmaq üçün ardıcıl ikinci gün məktəbləri bağlayıb və internet xidmətlərini dayandırıb.

Maharaştra qubernatoru Eknath Şinde, işə sürətli bir məhkəmə yolu ilə baxılacağını açıqlayıb. Şinde bu gün verdiyi açıqlamada etirazların siyasi motivli olduğunu bildirib.

Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Hindistan Xalq Partiyası (BJP) bu ilin sonunda ölkənin ən zəngin ştatı Maharaştrada keçiriləcək seçkilərdə müxalifət koalisiyasına qarşı sərt mübarizə aparacaq.

Bu gün Mumbayda keçirilən etiraz aksiyası zamanı deputat Varşa Qaykvad bildirib ki, Maharaştra ştatında müxalifət partiyaları avqustun 24-də ştatda ümumxalq tətili keçirməyə çağırıblar.