vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
QƏZA, FACİƏ  
19:12 | 21 avqust 2024 | Çərşənbə Məqaləyə 513 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əczaçılıq fabrikində partlayış

Çoxlu sayda ölü və yaralı var

CAVİD

Hindistanın Andhra Pradeş ştatında “Escientia” əczaçılıq şirkətinin fabrikində partlayış baş verib. Partlayış nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.

Səlahiyyətlilər hadisənin elektrik cərəyanı nəticəsində çıxan yanğın səbəbindən baş verdiyini bildiriblər. Partlayış nəticəsində azı 7 nəfərin öldüyü, 30 nəfərin yaralandığı açıqlanıb.

Partlayışın fabrikdə nahar fasiləsinə təsadüf etdiyi üçün daha böyük fəlakətin qarşısı alındığı vurğulanıb. Yaralılar xəstəxanaya aparılarkən yaxınlıqdakı ərazilərdən onlarla yanğınsöndürən maşını yanğını söndürmək üçün hadisə yerinə hərəkət edib.

Əraziyə yayılan qatı tüstü səbəbdən xilasetmə işlərində problemlər yarandığı bildirilib.

Bildirilib ki, fabrikdə mindən çox işçi çalışır.