vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ASİYA  
17:36 | 10 sentyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 163 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vətəndaş müharibəsi təhlükəsi

Zorakılıq hadisələri yayılan üç bölgədə fövqəladə vəziyyət və komendant saatı tətbiq edildi

CAVİD

Hindistanın Manipur əyalətində Kuki və Meitei icmaları arasında baş verən zorakılıqlar və daha sonra başlayan etirazlar səbəbindən üç bölgədə komendant saatı elan edilib.

“Hindustan Times” qəzetinin məlumatına görə, zorakılıqdan sonra aralarında tələbələr və qadınların da olduğu nümayişçilər ştatın paytaxtı İmfalda yürüş keçiriblər.

Yürüş zamanı nümayişçilərlə polis arasında dava düşüb və asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə ediblər.

Manipur əyalətinin səlahiyyətliləri öz bəyanatlarında İmfal Qərbi, İmfal Şərqi və Toubal bölgələrində komendant saatı elan edildiyini açıqlayıblar.

Səlahiyyətlilər həmçinin “nifrət dolu şəkillərin yayılmasının qarşısını almaq üçün” internetə girişin bağlandığını açıqlayıb.

***

Sentyabrın 6-da Moirang bölgəsində Kuki icmasının üzvləri tərəfindən həyata keçirilən raket hücumunda bir nəfər ölüb.

Manipur polisi sentyabrın 7-də Kuki icmasından olan hücumçuların Meitei icmasından bir nəfəri öldürməsi ilə ştatın Jiribam bölgəsində tərəflər arasında silahlı qarşıdurmanın baş verdiyini açıqlayıb.

Polis qarşıdurma və zorakılıq nəticəsində ümumilikdə 8 nəfərin öldüyünü açıqlayıb.