vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ASİYA  
18:07 | 10 sentyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 181 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hindistanda imtahan bazarı

Ailələr 15-20 min dollara həm sualların cavablarını, həm də övladlarının gələcəyini almağa çalışırlar

CAVİD

Əvvəlki aylarda yüzlərlə tələbə Hindistanın paytaxtı Yeni Dehli yaxınlığındakı oteldə yaxalanmışdı. Səbəb dəli məclis təşkil etmələri deyil, hər birinin 15 000 dollara bərabər məbləğ ödəyərək imtahan suallarını almaları olub.

“Fırıldaq bayramı” adlanan bu təşkilatı təşkil edən bir çox şəxs həbs olunarkən, aralarında polis də daxil olmaqla 10-dan çox şəxs barəsində ittiham aktı hazırlanır.

Bu nümunə dünyanın ən çox əhalisi olan ölkəsində tez-tez keçirilən imtahanların əhəmiyyətini ortaya qoyur. Hindistan tələbələri məktəblərə və gələcək işçiləri iş yerlərinə yerləşdirmək üçün mərkəzi imtahanlardan istifadə edir.

Orta səviyyəli ailələr quldur dəstələrinə külli miqdarda pul ödəyirlər ki, övladları imtahanlarda üstünlük əldə etsinlər və gələcəkləri daha yaxşı olsun.

Fırıldağın ən sıx olduğu imtahanlardan biri də Hindistanda tibb fakültələrinə qəbula icazə verən NEET imtahanıdır.

Bu il ölkədə 2,4 milyon şagird imtahan verib. Gənclərin öz ambisiyalarına çatması üçün on minə iki nəfərdən biri olmaq lazımdır.

Hindistanın ən sıx məskunlaşdığı Uttar Pradeş ştatında polis olmaq istəyən 4 milyon nəfərdən yalnız 60 mini imtahan yolu ilə işə götürülüb.

İmtahan suallarını qabaqcadan əldə etmək istəyənlərin hər biri quldur dəstələrinə 15-20 min dollar ödəməlidir.

Bir çox insanlar pis nəticə əldə etməkdən və özəl universitetlərə pul xərcləməkdənsə, qeyri-qanuni biznesə pul ödəməyə üstünlük verirlər.

Müxtəlif saxtakarlıq üsullarının qarşısını almaq istəyən səlahiyyətlilər imtahan mərkəzlərinə kameralar yerləşdirib, sosial şəbəkələrdə sual satışının arxasınca getsələr də, hələ də qanunsuz yollara rast gəlmək mümkündür.

Çox çalışıb istədikləri yerə düşə bilməyən tələbələr haqsızlığa qəzəblənirlər. 17 yaşlı Khera onlardan biridir: “Bu qədər çalışdıqdan sonra biz fırıldaqçılığın qurbanı oluruq. Bəziləri sualları pulla alıb imtahandan keçdiyi halda, mən niyə oxumalıyam?”