vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
09:18 | 18 aprel 2014 | Cümə Məqaləyə 2478 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Baltik dənizində NATO gəmiləri

Bölgəyə həmçinin 6 qırıcı və heyət göndərilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynadakı vəziyyətlə bağlı NATO Baltik dənizinə beş gəmi göndərir. ANS PRESS-in məlumatına görə, bunu alyansın mətbuat xidməti bildirib.

«NATO Baltik dənizinə Şərqi Avropadakı müttəfiqlərinin müdafiəsini gücləndirmək məqsədilə gəmilər göndərir» - deyə alyansın mətbuat xidmətinin bəyanatında bildirilir. 

Dəniz çevik əməliyyat qrupu Norveç, Niderland, Belçika, Estoniya gəmilərindən ibarət olacaq. Bu, dörd minaaxtaran və bir təchizat gəmisi olacaq.

Bundan başqa, Kanada regiona Kral Hərbi Hava Qüvvələrinin 6 ədəd CF-18 qırıcısını və 20 qərargah əsgərini göndərəcək. 

«Bizim NATO müttəfiqlərimizlə birlikdə biz Mərkəzi və Şərqi Avropada təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinin zəruriliyini etiraf edirik» - deyə baş nazir Stiven Harper bildirib.