vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
18:00 | 18 iyun 2014 | Çərşənbə Məqaləyə 1652 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İŞİD İraqın ürəyini nişan alıb

Neft zavoduna hücum edən terrorçular Mosulda 40 hindistanlını da girov götürüb

MÖVZU İLƏ ƏLAQƏLİ

İraqın şimal bölgəsində nəzarəti əlinə alaraq «İraq Şam İslam Dövləti» (İŞİD) adlandıran terrorçular bu gün ölkənin əsas neft emalı zavoduna hücum edib. Bağdadla Mosul arasındakı Baicidə yerləşən neft emalı zavoduna hücum zamanı yaraqlılarla təhlükəsizlik qüvvələri arasında atışma olub.


Keçən həftə terrorçuların Mosul şəhərinin nəzarətini ələ almasından sonra Hindistanın Xarici İşlər Nazirliyinin bu gün açıqladığı bəyanatında deyilir ki, şəhərdə tikinti sahəsində işləyən 40 nəfər hindistanlı yaraqlılar tərəfindən girov götürülüb. Nazirliyin sözçüsü girov götürülənlər üçün pul tələb edilmədiyini və girovların yerinin məlum olmadığını bildirib. Sözçü eləcə də yaraqlıların nəzarətində olan Tikrit şəhərində 46 nəfər hindistanlı tibb bacısının olduğunu deyib.

İraqın baş naziri Nuri Əl-Maliki televiziya ilə etdiyi çıxışında təhlükəsizlik qüvvələrinin səfərbər edildiyini və terrorçulara cavab zərbələri endirəcəklərini deyib.

Bu gün İran prezidenti Həsən Ruhani də şiə dövlətlərinin əksəriyyətinin İraqın müqəddəs şəhərlərini qorumaq üçün əllərindən gələni edəcəklərinə söz verib və yaraqlıları terrorçu adlandırıb.