vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
19:00 | 25 iyun 2014 | Çərşənbə Məqaləyə 1681 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Baş nazir ABŞ-a «YOX!» dedi

Maliki Kerrinin milli birlik təklifini rədd edib

MÖVZU İLƏ ƏLAQƏLİ

İraqın baş naziri Nuri Maliki ABŞ-ın milli birlik yaratmaq təklifini rədd edib. Bu barədə hafta.az bbc.com-a istinadən xəbər verir.


Maliki bildirib ki, belə çağırışlar demokratik təcrübənin sonu, konstitusiyaya qarşı zərbədir.

Bundan əvvəl paytaxt Bağdadda İraqın baş naziri Nuri əl-Maliki ilə görüş keçirən Kerri liderləri İŞİD («İraq Şam İslam Dövləti») təhlükəsinə qarşı mübarizədə yeni birlik hökuməti yaratmağa çağırıb.

Kerri bildirib ki, yeni yaranacaq birlik hökumətində  İraqda bütün dini və etnik qruplar təmsil olunmalıdırlar.

ABŞ dövlət katibi həmçinin kürd hökumətinin baş naziri Nerçivan Barzani və bir sıra kürd partiya rəsmiləri ilə görüş təyin edib.

C.Kerri Brüsseldə İraq hadisələrini müzakirə edəcək NATO liderlərinin görüşündə iştirak edəcək.

Qeyd edək ki, İraq ordusuna yardım etmək üçün səfərbər olunan ABŞ hərbi məsləhətçilərinin bir qrupu artıq İraqdadır.

Xəyalə MAHMUDOVA