Ərdoğan qərənfil payladı
AKP-yə yeni sədr seçildi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Ərdoğanla Əsədi görüşdürən dərd
PYD və YPG – Türkiyə ilə Suriyanın ortaq başağrısı olub
-
Ərdoğan Zəngilanda
Hava limanının açılışı oldu
-
Yüz ildən sonra da ...
Makronu Ermənistan yox, Fransanın Cənubi Qafqazdakı nüfuzu narahat edir
-
Dünya 5-dən böyük olsa da...
Bayden Ərdoğanın fikrini təkrarlayıb
-
Türkiyə və Səudiyyə arasında yeni dövr
İki dövlət başçısı bəyannamə imzalayıb
-
Türkiyədə meşə yanğını güclənib
Ərdoğan əraziyə gedib
-
Azərbaycanla Türkiyə arasında yeni səhifə
“Şuşa Bəyannaməsi” tarixi birliyimizin gələcək nəsillərə nümayişidir
-
“Nəhayət, qərara gəldik”
Ərdoğan prezidentliyə namizəd oldu
-
Baydendən Türkiyə ilə bağlı Konqresə müraciət
Hadisələrin bu cür inkişafı Vaşinqton-Ankara münasibətlərində böyük dönüş yaradacaq
-
Türkiyə-Fransa münasibətlərində istiləşmə
Ərdoğan və Makron Ukraynanı müzakirə ediblər
-
Zelenski Ərdoğanla danışıb
Mariupoldan mülki şəxslərin təxliyə məsələsi müzakirə edilib
-
Prezidentlərin telefon müzakirəsi
... Yaxud Brüssel danışıqlarından sonrakı “yol xəritəsi”
-
Telefonda Brüssel müzakirəsi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla dünənki görüşü dəyərləndirdi
-
Prezidentlər Ukraynanı müzakirə edib
Liderlər regional məsələlərə dair fikir mübadiləsi aparıblar
Türkiyədə izdihamla keçən partiya qurultayında hakim «Ədalət və İnkişaf Partiyası»nın yeni sədri baş nazir Əhməd Davudoğlu seçilib. ANS TV-nin məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğan partiyası ilə vidalaşıb. Ərdoğan AKP tərəfdarlarına qərənfil paylayıb. Vida çıxışında Türkiyənin 81 vilayətindən 40 minə yaxın insanın qurultay üçün Ankaraya gəldiyini bildirən Rəcəb Tayyib Ərdoğan, bura gələn vətəndaşların bərabərlik nümayiş etdirdiklərini vurğulayıb.
Vətəndaşlardan halallıq istəyən Ərdoğan, özü də haqqını onlara halal edib. Ərdoğan deyib ki, missiya dəyişmir, sadəcə adlar dəyişir. O, nitqində dövlət təşkilatlarından yararlanaraq, siyasət formalaşdıran paralel təşkilata səslənib. Bəzi müxalif partiyalarını da paralel dövlətə işləməkdə ittiham edib. Andiçmə mərasiminə qatılmayan müxaliflər «Biz heç nə itirməyəcəyik, itirən onlar olacaq» mesajını verib.
Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan deyir ki, burdan bizi sevsin, ya da sevməsin, 77 milyona əlimi uzadıram.
Sabah isə Türkiyədə yeni seçilmiş prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək. Çankaya Köşkündə yerli vaxtla saat 14:00-da başlayacaq mərasimdə bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da iştirak edəcək. Nalbəndyanın Ərdoğana qondarma «erməni soyqrımı»nın 100 illiyində iştirak dəvətnaməsi təqdim edəcəyi deyilir. Azərbaycanı isə Baş nazir Artur Rəsizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Qeyd edək ki, andiçmə mərasimindən dərhal sonra Rəcəb Tayyib Ərdoğan Əhməd Davudoğluya yeni hökuməti formalaşdırmaq tapşırığını verəcək.