 
                                HÜNDÜRLÜK!
6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
 09:56 | 13 iyun 2022 | Bazar ertəsi
                Məqaləyə 1429 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                09:56 | 13 iyun 2022 | Bazar ertəsi
                Məqaləyə 1429 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
 
                                “Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
 
                                Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
 
                                Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
 
                                Hafizəmizdən silinməyəcək mənzərə
 
                                ... Himn boyda adam
 
                                ... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
 
                                ... suyu bulandırmağa çalışmasın
 
                                Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
 
                                Rusiya Cənubi Qafqazdan sıxışdırılır
 
                                Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
 
                                Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
 
                                Sülh müqaviləsi imzalanacaqmı?
 
                                İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
 
                                Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
 
                                Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
“2021-ci il iyunun 15-də ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanmış “Şuşa Bəyannaməsi” Türkiyə ilə qardaşlıq münasibətlərimizin daha da güclənməsinə imkan yaratdı, ölkələrimiz arasında olan münasibətlərin inkişafında yeni səhifə açdı. Bu tarixi bəyannamə ilə iki ölkə arasında enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu, iqtisadiyyat və digər önəmli sahələrdə yeni müttəfiqlik əlaqələri yaradıldı”. Bu fikirləri Milli Məclisin üzvü Ceyhun Məmmədov “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin 1 illiyilə bağlı danışarkən deyib.
Deputat xatırladıb ki, Bəyannamənin əsas məqsədi Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri pik həddə çatdırmaqdır.
““Şuşa Bəyannaməsi” ölkəmizin beynəlxalq arenadakı nüfuzunu artıracaq, iki ölkə arasında münasibətlərin davamlı inkişafını təmin edəcək, gələcək nəsillərə ölkələrimizin tarixi birliyini nümayiş etdirəcəkdir.
“Şuşa Bəyannaməsi” ilə Qarabağa yatırılan investisiyaların həcmi artacaq, böyük şirkətlər, investorlar tərəfindən işğaldan azad edilən ərazilərimizdə bərpa və quruculuq işləri üçün yeni maliyyə vəsaitləri ayrılacaq, sıx əməkdaşlıqlar yaradılacaqdır.
Əməkdaşlığımız yeni kommunikasiya əlaqələrinin yaranmasına imkan yaradacaqdır. “Zəngəzur dəhlizi”nin reallaşması ilə Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafı yeni tarixi mərhələyə qədəm qoyacaqdır”.
C.Məmmədov deyib ki, Bəyannamədə qeyd edilən ən önəmli məsələlərdən biri də müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləridir. Onun sözlərinə görə, bu tarixi sənədlə Azərbaycan və Türkiyə bir-birinin təhlükəsizliyini təmin edəcək.
“Tarixi oxşar Azərbaycan və Türkiyə bir araya gələrək inkişafımızı, əlaqələrimizi daha da üst səviyyəyə çatdırmağı planlayır. Regionda sülhün təmin olunması, mehriban qonşuluq münasibətlərinin qurulması üçün Azərbaycan və Türkiyə birlikdə fəaliyyət göstərir. Bizim münasibətlərimiz inkişaf etdikcə, regionda sabitlik də buna paralel olaraq artacaqdır”, – millət vəkili əlavə edib.