
İranın Suriya planı ifşa olundu
Səfirliyin marşal planını oxşarı olan gizli sənədlərində Tehranın “imperiya ambisiyaları” üzə çıxdı
Səfirliyin marşal planını oxşarı olan gizli sənədlərində Tehranın “imperiya ambisiyaları” üzə çıxdı
Təşkilat evlərinə qayıdan suriyalıların sayını açıqladı
Basqınlar zamanı ailələrin evlərindən zorla atıldığı iddia edilir
Əsəd dövründə postlarını tərk etmiş keçmiş diplomatlara yeni hökumətdən çağırış
Vaşinqton-Bakı treki Ankara və Tel-Əviv üçün nikbin perspektivlər vəd edir
Suriyada kimyəvi silah xəbərdarlığı
İndi Ərdoğanı qınayanlar o vaxt Baydenə ləbbeyk deyirdilər
Azərbaycanın maraqları fonunda görünən hadisələr
Əsəd rejimi tərəfindən axtarılanlar bununla fəxr edirlər
Ərdoğan: “Əgər danışacaq olsaq, Türkiyə-Avropa Birliyi əlaqələrindən danışaq”
Yaxud İmamoğlunun öngörmələri və Yavaşın sanşı
Azərbaycanın qələbəsindən sonra simasını dəyişmək məcburiyyətində qalan ...
Əsas şübhələr İranın üzərinə yönəlir
Baas rejiminin tör-töküntülərinə qarşı əməliyyat – ən azı 11 ölü
Böyük Britaniyanın Suriya qərarı ...
Qonağı qarşılamaq mədəniyyətdir
Sonuncu dəfə Ərəb Baharı olaylarından əvvəl görüşən Tayyib Ərdoğan Bəşər Əsəd arasında buzlar əriməyə başlayıb. İki lider yaxın zamanlarda baş tuta biləcək görüşə razılıq verib. Bəs regionun bu ağır döəmində bu görüşü vacibləndirən səbəb nədir? Uzun müddətdir ki, qanlı-bıçaq olan iki tərəf niyə bir araya gəlmək istəyir?
Görüşün keçirilmə səbəbi Suriyadakı kürdlərlə bağlıdır. Bu ölkədə PKK-ya bağlı olan iki kürd təşkilatı var: PYD – “Suriya Müdafiə Gücləri” (The Syrian Defense Forces) və YPG – “Xalqın Müdafiə Birliyi” (The People’s Defense Units). Hər iki təşkilat Türkiyə ilə düşmənçilik edir. Suriya hökuməti də bu təşkilatlardan son dərəcə narazıdır. Çünki hər iki təşkilat Suriyanın bəlli ərazilərində özlərinə muxtar idarəçilik yaradıblar...
ABŞ isə hər iki təşkilatla müttəfiqdir. ABŞ PKK-nı terrorçu təşkilat kimi tanıyır. Ancaq PKK-nın Suriyadakı uzantısı olan bu təşkilatlara isə açıq şəkildə dəstək verir. O da bəllidir ki, ABŞ İŞİD-ə qarşı Suriyadakı bu kürd təşkilatlarından istifadə edib...
O da bəllidir ki, ABŞ bu kürd təşkilatlarına 400 yük maşını silah verib. Kürd döyüşçülərini hazırlamaq üçün onlara hərbi təlim keçir və keçməkdədir. Türkiyə də bunu yaxşı bilir. Heç də təsadüfi deyil ki, İstanbuldakı son terror aktına görə Türkiyə Amerikanı açıq və birmənalı şəkildə ittiham edib. Deyib ki, Amerika terrora dəstək verən ölkədir. Özü də bu fikri cənab Ərdoğan özü səsləndirib...
Hazırda Türkiyə Suriya və İraqda kürd terrorçularına qarşı hərbi əməliyyatlar həyata keçirir...
Qərb mətbuatı yazır ki, 2023-cü ilin iyununda Türkiyədə növbəti prezident seçkisi keçiriləcək. Türkiyədə xalqın gün-güzəranı, yaşam standartları ciddi şəkildə aşağı düşüb. Tayyib Ərdoğan prezident seçkisindən qalib çıxmaq üçün Türkiyəni hədəf alan terrora qarşı amansız mövqe ortaya qoymaqla seçkidən qalib çıxmaq fikrindədir...
Qərb mətbuatı onu da etiraf edir ki, Qərb ölkələri Türkiyəyə məqsədli şəkildə sərmayə qoymaqdan imtina edirlər. Yəni, bu, cənab Ərdoğanı yıxmaq üçün Qərbin yeritdiyi siyasətdir...
Tayyib Ərdoğan isə bu boşluğu doldurmaq üçün Qətər və Səudiyyə Ərəbistanından kömək gözləyir. Son məlumata görə, Qətər 10 milyard, Səudiyyə Ərəbistanı isə 5 milyard dollar Türkiyəyə sərmayə qoyacaq...