vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
DÜNYA  
11:51 | 22 sentyabr 2022 | Cümə axşamı Məqaləyə 2137 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünya 5-dən böyük olsa da...

Bayden Ərdoğanın fikrini təkrarlayıb

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılması məsələsini ən çox qaldıran lider Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğandır, məhz o imkan düşdükcə Təhlükəsizlik Şurasının 5 daimi üzvünü nəzərdə tutaraq “dünya 5-dən böyükdür” ifadəsini işlədir. Türkiyə Cumhurbaşqanı BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasını zəruri hesab edir.

ABŞ prezidenti Cozef Bayden BMT Baş Assambleyasında son çıxışında Ərdoğanın fikrini təkrarlayıb: “BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayını artırmaq lazımdır”. Baydenin fikrincə, BMT Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi nümayəndələrinin sayının artırılmasına ehtiyac var. ABŞ prezidenti Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələri üçün BMT Təhlükəsizlik Şurasında yerlərin ayrılmasını zəruri sayıb.

Ağ Ev sahibi BMT Təhlükəsizlik Şurasının üzvlərinin nadir fövqəladə hallar istisna olmaqla, veto hüququndan istifadə etməkdən çəkinməli olduğunu bildirib. O bunu ona görə deyib ki, Qərb ölkələrinin bütün təkliflərini adətən Rusiya və bir sıra hallarda Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək reallaşmasına imkan vermirlər. Bayden BMT Təhlükəsizlik Şurasının “etimada layiq və səmərəli fəaliyyət göstərən” bir qurum olaraq qalması üçün belə tədbirlərin zəruri olduğuna diqqət çəkib. ABŞ prezidenti bu cümləsiylə etiraf edib ki, BMT-nin həm etimadı, həm də səmərəli fəaliyyəti şübhə altındadır. 

ABŞ və Türkiyə ilə yanaşı Yaponiya, Hindistan, Afrika və Latın Amerikası ölkələri də BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması ideyasını dəstəkləyirlər. Türkiyə, Yaponiya və Hindistan Təhlükəsizlik Şurasının üzvlüyünə iddialıdırlar. Afrikanın və Latın Amerikasının aparıcı ölkələri – Misir, Cənubi Afrika Respublikası və Braziliya kimi ölkələr də haqlı olaraq Təhlükəsizlik Şurasının üzvü olmaq istəyirlər. Bayden və Ərdoğan Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması ideyasını dəstəkləsələr də, bunun reallaşması problematikdir. Misal üçün Türkiyənin Təhlükəsizlik Şurasına üzvlüyünü Fransa, Hindistanın üzvlüyünü isə Çin əngəlləyəcək. Rusiyanın özü də Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılmasının tərəfdarı deyil. Çünki Kreml Təhlükəsizlik Şurasında ABŞ-ın dostlarının və tərəfdaşlarının sayının artırılmasını istəmir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)