“Uşaqlarınızı qurban verməyə hazırısınız?”
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
19:52 | 6 may 2022 | Cümə
Məqaləyə 1271 dəfə baxılıb
Şriftin ölçüsü
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Türkiyədə növbəti kütləvi zəhərlənmə hadisəsi
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Məzar daşları dağıdıldı
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Avropa ölkəsində son dörd ilin ən zəif artımı baş verir
“Yüksək tələbat səbəbilə marketlər günün ikinci yarısında boş qalır”
ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi
Fransada şirkətlər xüsusi detektiv tutur
“Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla Ukraynadakı vəziyyəti müzakirə ediblər. “Reuters” Türkiyə prezidentinin ofisinə istinadən yazır ki, Ərdoğan bu telefon danışığı zamanı Makronu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
NATO üzvü olan Türkiyənin həm Ukrayna, həm də Rusiya ilə Qara dənizdə sərhədi var və Ankara həm Kiyev, həm də Moskva ilə yaxşı münasibətlərini qoruyub saxlamağa çalışır.
İndiyədək Ukrayna və Rusiya xarici işlər nazirlərinin görüşünü təşkil edə bilmiş Türkiyə, indi də prezidentlər Vladimir Zelenski və Vladimir Putin arasında üzbəüz danışıqların keçirilməsinə çalışır.
Ərdoğan mayın 5-də keçirilən telefon danışığı zamanı deyib ki, Türkiyə Ukraynadakı müharibəyə son qoyulması üçün əlindən gələni edir və danışıqlar prosesinin davam etdirilməsi son dərəcə mühümdür.
“Reuters” yazır ki, Ankaranın NATO üzvləri ABŞ və Fransa ilə münasibətləri son vaxtlarda birmənalı olmayıb.
***
Türkiyə və Qərb arasında fikir ayrılıqlarının əsasən Ankaranın Moskvadan “S-400” raket sistemləri alması və Suriya, Liviya, Dağlıq Qarabağ və Aralıq dənizi siyasətləri ilə bağlı olduğu bildirlir.
Ərdoğan və Makron arasında son illərdə bir neçə dəfə söz atışmaları da olub.
Makronun NATO-nun “beyin ölümü” keçirdiynə dair bəyanatından sonra Ərdoğan Fransa prezidentini kəskin tənqid edib.
Makron dəfələrlə Türkiyənin Liviya və Suriya münaqişələrinə müdaxiləsini tənqid edib.
Lakin son aylarda Ankara ilə Paris arasında gərginliyin azaldığı və münasibətlərin istiləşdiyi hiss olunur.
Ötən ay NATO-nun sammitində Ərdoğan və Makron Türkiyənin Fransa-İtaliya istehsalı olan “SAMP-T” müdafiə sistemləri alması məsələsini müzakirə ediblər. Ötən həftə Ərdoğan demişdi ki, Makronun yenidən prezident seçilməsi Türkiyə-Fransa münasibətləri üçün yaxşı hadisədir.