
BMT modeli rəsmiləşdi
ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi
ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Yeni ünvan seçimləri arasında İstanbul da var
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Avropada yaşayan türklərin mövsümü rekordu
Qərb və yəhudi bankirlər, yoxsa ...
ABŞ-dan türklərə misli görünməmiş xəbərdarlıq
Yaxın Şərqdə Ankara və Vaşinqtonun strateji maraqları fərqli meyarlara söykənir
Bolqarıstan gömrüyündən keçə bilməyən sürücü avtomobilinə od vurdu
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
“Altay” “T-72” və “T-90” tanklarını əvəz edəcək
“Polad Qübbə”nin təqdimat mərasimi dünya mətbuatında
Tarladan süfrəyə qiymətlər artacaq
Ölkənin bütün şəhərlərində sığınacaqlar tikiləcək
ABŞ sənayeyə zərər verib-vermədiyini müəyyən edəcək
İsveç Baş nazirinin Ankara ziyarəti sonrası NATO Təhlükəsizlik skandalı
Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda dünən yerli vaxtla saat 20:00-da başlamış meşə yanğınının əhatə dairəsi genişlənib, Prezident Rəcəb Tayyib Ərdoğan əraziyə gedib. “Haber Global”a xəbər verir ki, yanğın güclü küləklə daha da şiddətlənib.
Yanğın bir neçə saat əvvəl qismən nəzarət altına alınsa da, günortadan sonra küləyin sürətinin artması alovu daha da gücləndirib.
Daxili işlər naziri Süleyman Soylu yanğının təxribat nəticəsində baş verib-vermədiyinin araşdırıldığını bildirib, prokurorluq isə araşdırmaya başlanıldığını açıqlayıb.
Qeyd edilir ki, alov bir sıra yaşayış məntəqələri üçün təhlükə yaratmağa başlayıb. Ehtiyat tədbiri olaraq ərazisindəki 20 evdən ümumilikdə 68 nəfər, 29 iri və xırdabuynuzlu mal-qara və digər ev heyvanları, 5 nəqliyyat vasitəsi təxliyə edilib.
Təxminən 250 hektar sahədə davam edən meşə yanğınının söndürülməsinə 20 helikopter və 14 təyyarə və 688 meşə təsərrüfatı işçisi olmaqla, ümumilikdə 1 480 canlı qüvvə iştirak edir. Təyyarələr və helikopterlər tez-tez sıx dumanlı ərazilərə uçur, yanğının qarşısını almağa çalışırlar. Aydın, İzmir, Antalya və Dənizli vilayətlərindən bölgəyə əlavə qruplar göndərilib.
Rəcəb Tayyib Ərdoğan helikopterlə yanğın bölgəsinə baxış keçirib. (Report.az)