İrəvanın «hamam suyu»na dost qazanmağı
İraq kürdlərinə ayrılan 100 min dollar Ermənistandakı etniklərə ödətdirilir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İraqda İŞİD liderləri öldürülüb
Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Ənbar səhrasında “acı zərbə”
İraq-ABŞ birgə əməliyyatında İŞİD komandirləri öldürülüb
-
Xameneyi düşmən ABŞ-la dialoqa qapı açır
Rejim rəhbərinin mövqeyində rasionalizmin yeni mərhələsinin əlamətləri görünür
-
Konsertdə minlərlə insan öldürüləcəkdi
19 yaşlı baş şübhəlinin vəkili iddiaların şişirdildiyini deyir
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
Suriyanın üç tərəfində silah səsləri
Şərqdə və şimalda münaqişələr, cənubda isə gərginlik hökm sürür
-
Açılış öncəsi İŞİD həyəcanı
Paris Olimpiadası ilə bağlı fəaliyyətlərini gücləndirən terror təşkilatı yeniyetmələri sıralarına cəlb edir
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
İŞİD dirilir?
Terrorçular İraqdakı aviabazaya iki pilotsuz təyyarə ilə hücum edib
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Məsciddə terror
İŞİD hücuma görə məsuliyyəti üzərinə götürüb
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
Ermənistanın Armavir, Ararat, Araqatson və Kotayk vilayətlərində İraqın şimalında İŞİD-in hücumuna məruz qalan yezidlərə yardım adı altında pul yığılır.
Virtualaz.org saytı epress.am saytına istinadla xəbər verir ki, Ermənistan yezidlərinin milli birliyi təşkilatının rəhbəri Boris Tamoyan hakimiyyətin yezidlərə ayırdığı 100 min dollar yardımı bu yolla geri qaytarmağa çalışdığını bildirib.
«Sincar» adlı ictimai təşkilatın rəhbəri olan B.Tamoyan deyib ki, hakimiyyətin yezidlərə yardım adı altında yezidlərin sıx yaşadığı bölgələrdə pul toplamasını təsadüfən öyrənib. Onun bildirdiyinə görə, «Sincar» təşkilatı da yezidlər üçün yardım toplama kampaniyası keçirir. Ancaq Armavir vilayətinin Artaşen kəndinin rəhbəri ondan tələb edib ki, yığdığı pulu kənd administrasiyasına təhvil versin.
Kənd rəhbəri deyib ki, bir çox sakinlər hakimiyyətin təşkil etdiyi pul toplama kampaniyasına qatılmaqdan imtina edir, bildirir ki, onlar artıq «Sincar» təşkilatına pul veriblər.
B.Tomoyanın bildirdiyinə görə, kənd rəhbəri onu təhlükəsizlik orqanları ilə hədələyib. Kənd rəhbəri Vardan Arutyunyan isə yezidlərə pul topladıqlarını təsdiq edib. O deyib ki, kənd əhalisinin 30 faizi yezidlərdir və onlar öz soydaşlarına yardım etməyə çalışır. Yığılan pullar isə kənd administrasiyasına təhvil verilir.