vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
REGİON  
10:18 | 5 sentyabr 2014 | Cümə Məqaləyə 2569 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ya bizə verin, ya da ...»

Ərdoğan Obamadan Güləni istəyəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün ABŞ prezidenti Obama ilə görüşəcək olan prezident Ərdoğan, masadakı mövzulardan birinin də «dinləmə» qalmaqalı ilə əlaqədar tələblərini irəli sürəcəyini bildirib.

ANS PRESS-in məlumatına görə, prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan NATO zirvəsinə qatılacağı Uels paytaxtı Kardifə gedərkən, təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğan Kardifdə Barak Obama ilə edəcəyi ikitərəfli görüşdə ABŞ başçısından Fəthullah Güləni ya Türkiyəyə ekstradisiya ya da deportasiya etmələrini istəyəcəyini bildirib.

Ərdoğan Obamayla edəcəkləri görüşdə İraq və Suriyadakı vəziyyət, İsrail - Fələstin atəşkəsi, «Türkiyənin dinlənməsi» və əlaqələrin daha da inkişaf etdirilməsi məsələlərinə önəm verəcəklərini bildirib.

Ərdoğan dinlənmə ilə əlaqədar «Məlumat və sənəd olmadan nə edəcəksiniz? deyənlər var. Hər şey, dinləmələr hamısı ortada. Bunlardan daha böyük sənəd olarmı?» - deyə bildirib.

Bundan əlavə Ərdoğan «İndi inkar etmə mərhələsindədir. Hal-hazırda dəlilləri yox etmə nöqtəsinə gəliblər. Sanki bir casusluq təşkilatı meydana gətiriblər və bu işlərin mərkəzi də Pensilvaniyadır» - deyib.

Ərdoğan şərhində «Madam ki, biz ABŞ ilə strateji əməkdaşıq, aramızda bir model əməkdaşlıq var; siz necə zaman-zaman bəzi terroristləri istəyirsiniz biz də sizə veririksə, biz də sizə deyirik ki, ya bunu deportasiya edin və ya bizə verin. Özü də günahı olmadığını söyləyir ...»- deyə bildirib.

«Günahı yoxdur gəlsin burada yaşasın. İdarə edəcəksə buradan idarə etsin, siyasətə qoşulacaq da burada qoşulsun» - deyə Türkiyə prezidenti sözlərinə əlavə edib.