vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
10:10 | 2 noyabr 2016 | Çərşənbə Məqaləyə 785 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İŞİD lideri hələ də Mosuldadır

Azad etmə əməliyyatının sürəti körpünü partladılmasından asılıdır

MÖVZU İLƏ ƏLAQƏLİ

İŞİD terror qruplaşmasının rəhbəri Əbu Bəkir əl-Bağdadi hələ də İraqın Mosul şəhəri ərazisindədir. Bu barədə «İndependent» xəbər yayıb.

İraq Kürdüstanının rəsmisi Fuad Hüseyn nəşrə müsahibəsində bildirib ki, hökumət bir sıra informasiyalar əsasında Bağdadinin hələ də İraqda olduğunu güman edir. Onun sözlərinə görə, əgər terror qruplaşmasının rəhbəri öldürülsə, bu, İŞİD-in sonu olacaq.

Hüseyn qeyd edib ki, İŞİD rəhbərinin Mosulda olması şəhərin silahlılardan azad edilməsini yubada bilər. O, həmçinin qeyd edib ki, Mosulun azad edilməsi əməliyyatının sürəti bir çox faktorlardan, xüsusən silahlıların Tiqr çayı üzərindəki körpünü partlatmalarından asılıdır.

Qeyd edək ki, Mosulun azad edilməsi əməliyyatı oktyabrın 17-də, gecə saatlarında başlayıb. İraqın hərbi qüvvələri və polisi ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın aviasiyasının dəstəyi ilə şəhər üzərinə güclü hücuma başlayıb.