Palmiranın süqutu
«Suriya ordusu şəhəri geri qaytarmaq üçün əlindən gələni edir»
Maksim SOLOPOV, Gazeta.ru
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İraqda İŞİD liderləri öldürülüb
Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb
-
Ənbar səhrasında “acı zərbə”
İraq-ABŞ birgə əməliyyatında İŞİD komandirləri öldürülüb
-
Xameneyi düşmən ABŞ-la dialoqa qapı açır
Rejim rəhbərinin mövqeyində rasionalizmin yeni mərhələsinin əlamətləri görünür
-
Konsertdə minlərlə insan öldürüləcəkdi
19 yaşlı baş şübhəlinin vəkili iddiaların şişirdildiyini deyir
-
Suriyanın üç tərəfində silah səsləri
Şərqdə və şimalda münaqişələr, cənubda isə gərginlik hökm sürür
-
Açılış öncəsi İŞİD həyəcanı
Paris Olimpiadası ilə bağlı fəaliyyətlərini gücləndirən terror təşkilatı yeniyetmələri sıralarına cəlb edir
-
İŞİD dirilir?
Terrorçular İraqdakı aviabazaya iki pilotsuz təyyarə ilə hücum edib
-
Məsciddə terror
İŞİD hücuma görə məsuliyyəti üzərinə götürüb
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“Moskva terroru “təməlatma” idi”
Qərb analitikləri Avropa ölkələrinə xəbərdarlıq etdi
-
İŞİD lideri öldürüldü
Əbu əl-Həsən əl-Haşimini kim əvəzlədi?
-
Sən nə günə qaldın, Tehran?
Azərbaycana ünvanlanan absurdun səbəbi varmış
-
Cənubi Afrikada İŞİD ovu
ABŞ “İslam Dövləti” ilə əlaqəsi olan şirkətlərə sanksiya tətbiq edib
-
Fransa şirkəti İŞİD-ə yardım edirmiş
Sement nəhəngi 778 milyon dollar cərimələnib
-
ABŞ İŞİD üzərində növbəti qələbəsini elan edib
Mərkəzi Komandanlıq Mahir Əl-Aqalı terror mərkəzi ilə filialları arasında əlaqə quran şəxs adlandırıb
-
İŞİD lideri öldürülüb
Mahir Əl-Aqalı dron zərbəsi nəticəsində məhv edilib
İŞİD Palmiranın böyük hissəsini ələ keçirib. 4 minə yaxın yaraqlı ikinci cəhdlə şimaldan şəhərə daxil olub və hakim yüksəklikləri tutub. Suriya ordusu cənub rayonlara cəkilib.
Suriya hökluməti məlumatı artıq təsdiq edib. «Reuters» Suriyanın Əl-İxbariyyətelekanalına isnadən bildirib ki, Palmiranın yerləşdiyi Xoms əyalətinin qubernatoru Tələl Bərazi İŞİD-in şəhəri ələ keçirdiyini təsdiq edib, Suriya ordusu isə cənuba sarı çəkilib. Bərazi bildirib: «Terrorçuların şəhəri əldə saxlamaması üçün ordu əlindən gələni edir».
Yerdəki vəziyyətlə tanış olan qaynağa istinad edən RİA Novosti xəbər verir ki, Suriya ordusu İŞİD-in ikinci hücumundan sonra Palmiranı tərk edib. Agentliyin həmsöhbəti deyib: «Keçən gecə bütün sakinlər köçürüldükdən sonra Suriya ordusu Palmira şəhərindən tamamilə çıxıb. Şəhərin qıraqlarında İŞİD yaraqlılaırı ilə amansız döyüşlər gedir».
Əl-Ərəbiyyə telekanalı bazar günü xəbər verib ki, İŞİD yaraqlıları Palmira üzərindəki qədim qalalı yüksəkliyi ələ keçirə və şəhər aeroportunu qismən bağlaya bilib.
Rusiyanın Suriyadakı tərəfləri barışdırma Mərkəzi xəbər verir ki, bazar günü İŞİD-in 4 mindən çox döyüşçüsü yenidən qruplaşmadan sonra Palmiranı ələ keçirməyə yeni təşəbbüs göstərib. Məlumatda qeyd olunur: «Canlı qüvvədə və texnikada böyük itkilərə baxmayaraq, terrorçular maksimal şəkildə yaxınlaşmağa və şəhərin içində möhkəmlənməyə can atırlar, çünki Rusiya HKQ aviasiyası Palmiranın yaşayış məhəllələrinə zərbə endirmir».
Rusiya hərbi mütəxəssislərinin inandırdığı kimi, İŞİD ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın son həftə ərzində fəal hərbi əməliyyatları dayandırdığdı Rakka rayonundan Palmiraya xeyli qüvvə atıb.
Bundan başqa, İŞİD-in ən böyük ehtiyatları və zirehli texnikası Deyr-əz-Zor rayonundan qədim şəhərə gətirilib.
Eyni zamanda hələ əvvəlcədən Rakka və Deyr-əz-Zor rayonuna İŞİD-in İraq paytaxtı, Qərb koalisiyasının dəstəklədiyi yerli qüvvələr tərəfindən mühasirəyə alınmış Mosuldan 5 minədək yaraqlı gəlib.
Məlumatda qeyd olunur: «Suriya ordusu müdafiə döyüşləri aparır».
«İnsan haqları üzrə Suriya rəsədxanası» müxalifət təşkilatı öz növbəsində iddia edir ki, yaraqlılar keçən gecə ərzində, demək olar, bütün Palmiranı nəzarətə götürüblər, eyni zamanda hökumət qüvvələri şəhərin cənubunda və qərb civarı boyunca çox böyük hərbi birləşmələr cəmləşdirir.
Müxalif fəalların məlumatına görə, Suriya aviasiyası gecə və gündüz şəhərin şimali-qərb və şimali şərqindən müntəzəm zərbələr endirib.
«The Wall Street Journal» nəşri dəqiqləşdirir ki, İŞİD-in Palmiraya hücumu hələ cümə axşamı başlanıb, hücumun əsas hədəfi isə Suriya ordusunun şəhərin cənub kənarındakı silah anbarları olub. WSJ İŞİD-in informasiya resurslarına istinadən yazır ki, yaraqlılar hökumətin şəhər ətrafında nəzarət etdiyi ərazilərin içinə doğru irəlilədikcə Suriya hərbçiləri öz anbarlarını partlatmağa başlayıb ki, düşmən əlinə keçməsinin qabağını alsın, özləri isə təhlükəsiz məsafəyə çəkilib.
WSJ davam edir: yaraqlıların artıq şənbə günü Palmiraya girib küçə döyüşləri apardığı haqda fəalların məlumatına baxmayaraq, islamçıların özləri açıqlamalarında bildirirlər ki, yalnız şəhərin ətrafındakı ərazilərin bir hissəsini ələ keçiriblər.
İŞİD-in bəyanatında deyilir ki, yaraqlılar 260-adək Suriya hərbçisini öldürüb, 14 tank, 16 top, qranatatan və iki raket platforması ələ keçiriblər.
Bazar günü səhər Rusiya Müdafiə Nazirliyində bildirilib ki, Suriya ordusu Rusiya HKQ-nin fəal dəstəyi ilə Palmiraya hücumu dəf edib. Rusiya təyyarələri gecə ərzində yaraqlılara 64 hava zərbəsi endirərək 300-dən çox yaraqlı, 11 tank və PDM, irikalibrli pulemyotla təchiz edilmiş 31 avtomobili məhv edib.
Nazirliyin məlumatında qeyd olunub: «Hücum edən yaraqlılar partladıcı bərkidilmiş avtomobil və kamikadze, zirehli texnika və reaktiv artilleriyadan istifadə ediblər».
Suriyanın SANA hökumət agentliyi bazar günü iddia edib ki, ordu Palmira civarında İŞİD-in hücumunu dəf edib və şəhər ətrafındakı hakim yüksəkliklər uğrunda toqquşmalar davam edir.
«WSJ» yekun vurur: Palmira ətrafındakı hərbi əməliyyatlar altıillik vətəndaş müharibəsinin zəiflətdiyi Suriya ordusunun öz müttəfiqlərindən – Livanın Hizbulla şiə yığması və Rusiya hərbçilərindən güclü asılılığını nümayiş etdirib.
Palmira 2015-ci il mayın ortalarından İŞİD-in nəzarətində idi. Suriya ordusu bir ildən sonra Rusiya aviasiyasının dəstəyi ilə iki həftə ərzində – 13-27 mart – yaraqlıları şəhərdən vurub çıxartmışdı. Palmiranın azad edilməsində Rusiya Xüsusi əməliyyat qüvvələri və özəl hərbi şirkətlərin könüllüləri iştirak etmişdi. (Strateq.az)