vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
13:58 | 14 dekabr 2016 | Çərşənbə Məqaləyə 610 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Arvadının o qədər sərvəti haradandır?»

Deputatdan müdafiə nazirinə gözlənilməz sual…

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan parlamentində ötən gün Qarabağda bundan sonra həlak olacaq və yaralanacaq erməni hərbi qulluqçularına görə sanballı kompensasiyaların verilməsini, bunun üçün hər işləyən vətəndaşdan ayda 1000 dram (2 dollara yaxın) pul tutulmasını nəzərdə tutan qanun layihəsi ikinci oxunuşdan keçib.

Virtualaz.org xəbər verir ki, Ermənistan müxalifətinin və vətəndaş cəmiyyətinin kəskin etirazlarına səbəb olan, «dilənçilik» adlandırılan bu qanun layihəsinin müzakirəsi zamanı müxalif «İrs» fraksiyasının rəhbəri Zarui Postancyan müdafiə naziri Vigen Sərkisyanın arvadının sanballı sərvətə malik olması haqda danışıb. Və ondan bu sərvətin mənbəyi haqda soruşub.

Müdafiə naziri, bundan əvvəl prezident Serj Sərkisyanın administrasiyasına rəhbərlik etmiş Vigen Sərkisyan isə deyib ki, bu suala cavab vermək üçün gərək söyüş söyə. «Mən burada bir çıxışa əhəmiyyət verməyəcəyəm, bu da Zarui Postancyanın çıxışıdır. Çünki bildiyim erməni dilində bu çıxışa doğru cavab vermək üçün gərək söyüş işlədəm. Tərbiyəm isə söyüş söyməyə yol vermir» - müdafiə naziri bildirib.