
Putin soyuq su içsin...
... suyu bulandırmağa çalışmasın
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Radikal müxalifət, kilsə və bir qrup biznesmenin arxasında bir qüvvə var – Kreml
“Əməkdaşlarını mitinqlərə qatılmağa məcbur edənlər də məhkum ediləcək”
“Subaylıq andı” böhranı – həm insanları, həm də Allahı aldatmaq
Ermənistan tarixində ilk dəfə hakimiyyətlə diaspor və kilsə arasında dərin çatlar yarandı
Baş yepiskop həbs olundu
Rusiyanın əlaltılarından daha biri Paşinyana qarşı çıxdı...
Azərbaycanın axtarışa verdiyi Karapetyan İrəvanda həbs olunub
Paşinyan kilsəyə müharibə elan etdi
İrəvandakı siyasətçilər üçün adiləşən “U” dönüşü
“Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın sakinləri adından danışıqlar aparmağa mandatı olmadığını bəyan etməklə danışıqlar prosesini dalana dirədi”. Bu sözləri politoloq Naira Ayrumyan “Kavkazskiy uzel”ə açıqlamasında deyib.
“Ermənistanın baş naziri Dağlıq Qarabağın adından danışıqlar aparmaqdan imtina etdi və dedi ki, əgər ona səs verməyən sakinlərin maraqlarını təmsil etməlidirsə, qoy onda Ermənistanla Dağlıq Qarabağın birləşməsi rəsmən baş versin. Faktiki olaraq danışıqlar yoxdur, çünki Azərbaycan Dağlıq Qarabağın danışıqlar masasına qayıtmasına razılaşmır, Ermənistan isə belə olan halda predmetli danışıqlardan imtina edir”, - Ayrumyan bildirib.
Onun fikrincə belə vəziyyət erməni tərəfini tamamilə qane edir, amma Azərbaycanı heç cür qane edə bilməz. Və Azərbaycan tərəfi həmsədrlərin köməyi ilə kompromis variant tapmaq istəyir.
Digər erməni politoloq Stepan Səfəryan isə deyir ki, həmsədrlər son bəyanatlarında erməni tərəfinin Dağlıq Qarabağın danışıqlarda iştirakına dair tələbinin “qanuniliyini” tanıyır. Amma Azərbaycan şərt qoyur ki, belə olan halda gərək Dağlıq Qarabağın azərbaycanlı icması da danışıqlarda iştirak etsin.
“Həmsədrlər Dağlıq Qarabağın faktiki hakimiyyəti barədə danışır, yəni onları Dağlıq Qarabağ sakinlərinin təmsilçisi kimi tanıyır. Ona görə də erməni tərəfi mövqeyini düzgün formalaşdırmalıdır ki, tərəflərin statusunda ekvivalentlik yaranmasın. De-fakto hakimiyyət başqa şeydir, icma başqa...”, - Səfəryan deyib.