NATO zirvəsi əndişəsi
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
15:00 | 16 iyul 2025 | Çərşənbə
Məqaləyə 761 dəfə baxılıb
Şriftin ölçüsü
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Alyans boğaza müdaxiləni nəzərdən keçirir
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
“Ursa Major”un kimin batırdığı məlum deyil
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
ABŞ və Britaniyaya məxsus iki kəşfiyyat təyyarəsinin Rusiyaya eyni gün, fərqli istiqamətlərdən yaxınlaşdığı bildirilir. “Newsweek” jurnalının yazdığına görə, bu hava əməliyyatı NATO-nun Rusiyaya qarşı artan müşahidə fəaliyyətinin bir hissəsi kimi qiymətləndirilir.
Murmansk və Kalininqrad istiqamətində kəşfiyyat uçuşları
ABŞ və Britaniyanın “RC-135” tipli hərbi kəşfiyyat təyyarələri 15 iyul tarixində İngiltərədən havalanaraq Rusiyanın şimal və qərb sərhədlərinə yaxın ərazilərdə uçuşlar həyata keçirib.
Məlumata görə, “Boeing” istehsalı olan Böyük Britaniya Hava Qüvvələrinin (RAF) “RC-135W” təyyarəsi İngiltərənin Vaddinqton bazasından qalxaraq Norveç, İsveç və Finlandiya hava məkanını keçib və Barens dənizi üzərindən Rusiyanın Arktik zonasında yerləşən Murmansk sahillərinə yaxınlaşaraq geri qayıdıb. Yerli saatla 08:11-də qalxan təyyarə 18:38-də bazaya enib.
Eyni gündə ABŞ Hərbi Hava Qüvvələrinə (USAF) məxsus “RC-135V” təyyarəsi də Mildenholl hərbi bazasından havalanaraq Niderland, Almaniya, Polşa və Litva üzərindən uçub və Rusiyanın Kalininqrad anklavı ətrafında dövrə vurub. Kalininqrad NATO-nun şərq cinahı olan Litva və Polşa ilə sərhəddə yerləşir.
Hər iki uçuş zamanı Rusiyanın hava məkanına birbaşa müdaxilə edildiyinə dair heç bir rəsmi məlumat yoxdur. Qeyd olunur ki, bu təyyarələr siqnal kəşfiyyatı (SIGINT) toplaya bilən və 30-dan çox heyətlə işləyən xüsusi kəşfiyyat təyyarələridir. Ekipaj heyətinə elektron müşahidə və radioelektron mübarizə üzrə mütəxəssislər də daxildir.
“Newsweek”: NATO Rusiyanın sərhədlərində fəallığı artırır
“Newsweek” qeyd edir ki, NATO mütəmadi olaraq Rusiyanın qərb sərhədləri boyunca müşahidə uçuşları həyata keçirir. Jurnalın təhlilinə görə, bu cür əməliyyatlar “NATO gölü” adlandırılan Baltik regionundakı vəziyyətlə bağlı Rusiyanın təhlükəsizlik narahatlıqlarını artırır.
Eyni zamanda, Rusiya da NATO hava məkanını pozmaqda və “hibrid təzyiq metodları” tətbiq etməkdə ittiham olunur.