
“Daşlar maye kimi axır”
Yerin dərinliklərində təəccüblü bir kəşf
Yerin dərinliklərində təəccüblü bir kəşf
Vulkan püskürməsi adada həyəcan yaratdı, təyyarə reysləri təxirə salındı
Yüzlərlə insan təxliyə edilib
Etnada püskürmə niyə bu dəfə fərqlidir?
Dağın üzərində kül buludu turistlər heyrətləndirib
Partlayış xəbərdarlığını günlər öncədən verirlər
Dünyadakı bulkanlar bir-birinin ardınca püskürür
Vulkanının partlama ehtimalı azdır
İslandiyanın Mavi Laqunu boşaldıldı
Havaydakı Kilauea vulkanı hərəkətə keçib
Qvatemalada 30 min insan təxliyə edilə bilər
Ətrafa gündə 80 qram qızıl yayır
2,4 kilometr hündürlüyə kül və tüstü səpib
12 min insan təxliyə edilib, 7 hava limanında uçuşlar dayandırılıb
Səmanı kül qatı bürüdü
Fəlakət anlarında insanı heyran qoyan şəkillər çəkməyin qaydaları
İslandiyanın cənub-qərbindəki Reykjanes yarımadasında yerləşən yanardağ bu gün səhər saatlarında yenidən püskürüb. Bu, 2023-cü ilin sonundan bəri bölgədə qeydə alınan doqquzuncu püskürmədir.
Fransanın AFP agentliyinin məlumatına görə, sosial şəbəkələrdə yayılan görüntülərdə yer səthində yaranmış yarıqdan çıxan lava axını müşahidə olunub. İslandiya Meteorologiya Xidməti püskürmənin yerli vaxtla saat 04:00-dan əvvəl başladığını təsdiqləyib.
İctimai RUV televiziyası püskürmə səbəbilə Reykjanes yarımadasında yerləşən Grindavik balıqçılıq kəndinin və ölkənin məşhur turistik məkanı olan Mavi Laqun termal kurortunun təxliyə olunduğunu bildirib.
Qeyd edək ki, Reykjanes yarımadasında əsrlər boyu aktiv vulkanik fəaliyyət müşahidə olunmayıb. Sonuncu dəfə 2023-cü ilin sonunda baş verən püskürmədən sonra Grindavik kəndində yaşayan 4 min nəfər təxliyə olunmuş, əksər evlər dövlət tərəfindən alınmış və sakinlərin böyük hissəsi ərazini tərk etmişdi.
Alimlər bölgədə son illərdə artan seysmik aktivliyi yeni vulkanik dövrün başlanğıcı kimi qiymətləndirirlər. Xatırladaq ki, Reykjanesdə ilk seysmik oyanmalar 2021-ci ilin mart ayında qeydə alınmağa başlamışdı.
RUV televiziyasının məlumatına görə, püskürmə beynəlxalq hava daşımalarına hələlik təsir etməyib. Bununla belə, 2010-cu ildə ölkənin başqa bir bölgəsində baş verən püskürmə Avropada hava məkanının bağlanmasına və beynəlxalq uçuşların iflicinə səbəb olmuşdu.
Hazırda İslandiyada aktiv hesab edilən 33 vulkanik sistem mövcuddur ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir.