vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 22 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
NASA-nın qeyri-adi kəşfi 19:06 | 22 may 2025 | Cümə axşamı Məqaləyə 10 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

NASA-nın qeyri-adi kəşfi

Partlayış xəbərdarlığını günlər öncədən verirlər

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Partlayışdan əvvəlki sükut deyil, təbiətin dili danışır. NASA vulkanın ətrafındakı ağacların karbon dioksid emissiyaları səbəbindən qeyri-adi yaşıl olduğunu açıqlayıb. Bu kəşf fəlakətləri proqnozlaşdırmaq üçün açar ola bilər.

Yeni araşdırmaya görə, yüksələn maqmanın ifraz etdiyi karbon qazı ətrafdakı ağacların yarpaqlarını daha yaşıl və canlı edir. Bu dəyişikliklər artıq NASA peykləri tərəfindən kosmosdan izlənilə bilər.

Elm adamları maqmanın yer qabığına doğru yüksəldiyi zaman karbon qazı buraxdığını və bu qazı udmuş ​​ağacların daha sürətli böyüdüyünü, yarpaqlarının daha yaşıllaşdığını bildirdilər. Bəyanatda bu yaşıllaşmanın kosmosdan aşkarlanacaq qədər fərqli bir siqnal yaratdığı da paylaşıldı.

NASA, “Smithsonian” İnstitutu, “McGill” Universiteti və “Chapman” Universitetinin mütəxəssisləri karbon qazını ölçmək əvəzinə, qazdan təsirlənən ağacları izləməyi hədəflədiklərini açıqladılar. Bildirilib ki, bu yolla təhlükəli ərazilərə getmədən məsafədən monitorinq həyata keçirilib və xərclər azaldılıb.

Etna kimi aktiv vulkanların ətrafındakı ağacların peyk analizləri ağaclardakı rəng dəyişikliklərinin həqiqətən maqmanın hərəkəti ilə əlaqəli olduğunu sübut etdi. 2025-ci ilin mart ayında baş tutan AVUELO missiyası zamanı elm adamları Kosta Rikadakı aktiv vulkanların ətrafında yerdən yarpaq nümunələri topladılar. Eyni zamanda karbon qazının səviyyəsi də ölçüldü. Tədqiqatçılar bu araşdırmanın həm ekologiya, həm də vulkanologiya baxımından yenilik olduğunu bildiriblər.

Mütəxəssislər bu üsulun hər yerdə işləməyəcəyini və hər vulkanın ətrafında meşələrin olmaya biləcəyini qeyd ediblər. İqlim, hava, yanğınlar və ya bitki xəstəlikləri kimi amillərin də məlumatlara təsir edə biləcəyi bildirilir.

NASA rəsmiləri bildiriblər ki, təkcə ağaclarda dəyişiklik kifayət olmaya bilər, lakin bu, mövcud sistemləri gücləndirən və erkən siqnallar verən bir vasitə kimi mühüm rol oynaya bilər.