
Ayın iki tərəfi arasında fərq
NASA Kosmik gəmisinin məlumatları milyardlarla il keçmişə nəzər salmağa imkan verir
NASA Kosmik gəmisinin məlumatları milyardlarla il keçmişə nəzər salmağa imkan verir
Qiymətli metalın necə əmələ gəldiyinə dair yeni iz tapıldı
NASA ölməkdə olan kosmik cismin xəyali üzüklərini ətraflı şəkildə çəkir
Planetin səthində dəlik kəşf edildi
NATO Avropa və ABŞ-a xəbərdarlıq edir: “Təkbaşına hərəkət etməyin vaxtı deyil”
3,7 milyard illik qaya nümunəsində bütün inqrediyentləri aşkar edilib
NASA “Böyük Çarx”ın sürətlə böyüdüyünü açıqladı
NASA astronavtları Yerə qayıtdı
ABŞ astronavtlarının 9 aydan sonra planetə dönüşləri canlı yayımlanacaq
NASA-nın qırmızı planetin keçmişi ilə bağlı mühüm ipuçlarını əldə edib
Yeni hökumət dünyanın ən böyük kosmik agentliyinin büdcəsini yox olma səviyyəsində kəsir
NASA Günəş işığı düşməyən kraterləri araşdırmağa başlanıldı
25 sm diametrlik dəlik içərisində 7 nəfər olan NASA şatlının partlamasına səbəb olub
“Boeing”in apardığı astronavtları “SpaceX” yerə qaytaracaq
NASA bir-birinə çox yaxın olan nəhəng qara dəliklər aşkar edib
Avropanın qabaqcıl Salsa peyki Yer atmosferinə alovlu eniş etdi
NASA-nın bildirdiyinə görə, Günəşdə güclü X2.7 sinifli partlayış alovu artıq dünyanın böyük yerlərində radio kəsintilərinə səbəb olub və bu hal daha çox davam edə bilər.
ABŞ Okean və Atmosfer Administrasiyasına (NOAA) bağlı olan Kosmik Hava Proqnozları Mərkəzi (SWPC) bildirib ki, mayın 14-ü saat 08:25-də (Bakı vaxtilə 16:25) Günəşin səthində AR4087 nömrəli günəş ləkəsindən X2,7 bal gücündə böyük partlayış baş verib. Partlayış Yerin gündüz tərəfinə rentgen şüaları və ifrat ultrabənövşəyi radiasiya dalğası göndərib. Dalğalar Avropa, Asiya və Yaxın Şərqdə R3 səviyyəli radio rabitəsinin kəsilməsinə səbəb oldu.
***
Günəş partlayışları güclərinə görə A, B, C, M və X siniflərinə bölünür. Hər bir sinif əvvəlkindən 10 dəfə güclü olur. X sinfinə aid olanlar ən təhlükəli partlayışlardandır və X2,7 bal gücündə son aylarda müşahidə edilən ən güclü alovlardan biri kimi qeydə alınıb.
Mütəxəssislər xəbərdarlıq edir ki, yaxın günlərdə daha şiddətli püskürmələr baş verə bilər. Geomaqnit qasırğaları və şimal işıqları kimi vizual effektlər gözlənilsə də, elektrik şəbəkələri, GPS sistemləri və peyk rabitəsi üçün risklər də yüksək səviyyədədir.
***
Şimal işıqları üzrə mütəxəssis Vinsent Ledvina “X” sosial media platformasında verdiyi açıqlamada, "Bu bölgə göründükcə hadisələr daha da şiddətlənə bilər. Cəmi bir neçə saat əvvəl M5.3 gücündə daha bir partlayış oldu. Bu günəş ləkəsinin daha nələr planlaşdırdığını görəcəyik", – deyib.
NASA xəbərdarlıq edir ki, yaxın günlərdə oxşar və ya Günəşdə daha güclü partlamalar baş verə bilər. Alimlər teleskoplarla AR4087-ni yaxından izləyirlər.
***
Mütəxəssislər bu partlayışların yüksək tezlikli radio rabitəsi, aviasiya naviqasiyası, peyk əlaqələri və elektrik infrastrukturu üçün potensial risklər yaratdığını bildirir. Xüsusilə qütblərə yaxın bölgələrdə yaşana bilən aurora (şimal işıqları) hadisələrinin daha cənub enliklərinə yayıla biləcəyi təxmin edilir.