Heqsetdən Avropa ilə bağlı gözlənilməz addım
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
10:15 | 27 mart 2025 | Cümə axşamı
Məqaləyə 233 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
“Blokadanızı donanmamızla yararıq”
NASA Ay missiyası ilə bağlı “SpaceX”dən imtina edir
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Günahkar iqlim dəyişikliyidir?
3 moda evi qiymət maxinasiyalarında günahlandırlır
NATO-nun baş katibi Mark Rutte Varşava İqtisadiyyat Məktəbindəki tədbirdə iştirak etmək üçün rəsmi Polşaya rəsmi səfərə gedib. Polşa baş naziri ilə görüşən NATO rəsmisi daha sonra mətbuata açıqlamalar verib.
Ukraynada davam edən müharibə və artan geosiyasi gərginlik fonunda NATO birliyi ilə bağlı narahatlıqlara toxunan Rutte bildirib ki, Avropa və ABŞ arasında mübahisələrə baxmayaraq, NATO Avropa və Amerikanın ümumi müdafiəsi üçün yeganə həyat qabiliyyətli çərçivə olaraq qalır.
ABŞ, Böyük Britaniya, Türkiyə, Kanada, Norveç və İslandiya kimi ölkələrin ittifaqa əhəmiyyətli töhfələrinə işarə edən Rutte, “Avropanın müdafiəsini onlarsız təsəvvür etmək mümkün deyil. Və təhlükəsizliyimizin son qarantı olan Amerikanın nüvə çətirini heç nə əvəz edə bilməz”, – deyib.
NATO-nun üzləşdiyi təhlükəsizlik problemlərinə qarşı durmaq üçün daha güclü transatlantik birliyə ehtiyac olduğunu deyən Rutte, “İcazə verin bunu açıq deyim: nə Avropanın, nə də ABŞ-ın təkbaşına hərəkətə keçməsinin vaxtı deyil. Qlobal təhlükəsizlik problemləri hər birimizin təkbaşına öhdəsindən gələ bilməyəcəyi qədər böyükdür”, – deyib.
Rutte ABŞ-ın NATO-ya sadiqliyinə şübhə etmədiyini bildirib: “Bunun üçün sadəcə mənim sözümə güvənməyin. Güclü NATO-ya sadiqliyini dəfələrlə bəyan edən prezident Donald Trampa etibar edin. ABŞ Konqresində və Amerika xalqında güclü ikitərəfli dəstəyinə inanın. İki həftə əvvəl Ağ Evdə və Kapitol Hilldə Donald Trampla görüşümdə bunu sərt və qəti tərzdə səslənən sözlərlə eşitdim. Avropa ABŞ-ın hələ də arxamızda olduğunu bilməlidir. Amma ABŞ-da alyansa üzv ölkələrin boşluqları doldurmasını və üzərlərinə düşənləri etməsini istəyir”.
***
Rutte Ukraynadakı müharibənin necə sona çatacağı ilə bağlı Avropada narahatlıqlarını ifadə edərək, “Müharibənin necə bitməsindən asılı olmayaraq, Rusiya təhlükəsizliyimiz üçün birbaşa təhdid olaraq qalmağa davam edəcək. Rusiya müdafiə xərclərini artırır və müharibə iqtisadiyyatına keçir”, – deyib.
Ukraynada davamlı sülhün əldə edilməsinin Avropanın təhlükəsizliyi və qlobal sabitlik üçün vacib olduğunu qeyd edən Rutte, “Prezident Trampın Rusiya ilə şeytanın ayağını qırmaq qərarını və atəşkəs üçün danışıqları davam etdirməsini alqışlayıram”, – deyib.
Çıxışından sonra iştirakçıların suallarını cavablandıran Rutte Rusiya ilə danışıqlar aparan ABŞ-ın “təcrübəli” olduğunu və Vaşinqtonun atdığı addımlara inandığını bildirib.
“Putinlə məşğul olmaq lazım olanda ona güvənmək olmaz və yalnız son anda razılıq əldə edirsən. Amerikalılar bunu bilirlər və yenə də düşünürəm ki, onlar bu danışıqları tam düzgün şəkildə aparırlar”, – Rutte deyib.
Rutte, Fransa və İngiltərənin nüvə maneələrinə “hörmət etdiyini” söyləyib, lakin bunların ABŞ-ın NATO-ya verdiyi nüvə çətirinə alternativ olmadığını vurğuladı.
Rutte, Rusiya və Çinin nüvə başlıqlarını sürətlə artırdığına diqqət çəkərək, “Yeganə etibarlı nüvə çəkindirici və azadlığımızın son təminatçısı ABŞ-dır. Özünüzü aldatmayın, Fransız və İngilislərin onun yerini tutması mümkün deyil”, – deyib.