
Göydə nəhəng kül buludu
Vulkan püskürməsi adada həyəcan yaratdı, təyyarə reysləri təxirə salındı
Vulkan püskürməsi adada həyəcan yaratdı, təyyarə reysləri təxirə salındı
Yüzlərlə insan təxliyə edilib
Etnada püskürmə niyə bu dəfə fərqlidir?
Dağın üzərində kül buludu turistlər heyrətləndirib
Partlayış xəbərdarlığını günlər öncədən verirlər
Dünyadakı bulkanlar bir-birinin ardınca püskürür
Vulkanının partlama ehtimalı azdır
İslandiyanın Mavi Laqunu boşaldıldı
Havaydakı Kilauea vulkanı hərəkətə keçib
Qvatemalada 30 min insan təxliyə edilə bilər
Ətrafa gündə 80 qram qızıl yayır
2,4 kilometr hündürlüyə kül və tüstü səpib
12 min insan təxliyə edilib, 7 hava limanında uçuşlar dayandırılıb
Səmanı kül qatı bürüdü
Fəlakət anlarında insanı heyran qoyan şəkillər çəkməyin qaydaları
Elm adamları bərk süxurların mantiyanın dərinliklərində çox yavaş, lakin davamlı olaraq axdığını aşkar ediblər. Bu cərəyanların bir çox geoloji proseslərin arxasında görünməyən qüvvə ola biləcəyi düşünülür.
Alimlər planetimizin səthindən 2700 kilometr aşağıda təəccüblü kəşf ediblər. “ETH Zurich”dən olan bir qrup bərk qaya axınlarının Yerin dərinliklərində hərəkət etdiyini aşkar edib.
Qəribə qaya axını nə ərimiş maqma kimi maye, nə də səthdə gördüyümüz kövrək qaya kimi tamamilə bərkdir.
***
Bu, elm adamlarının çoxdan şübhələndiyi, lakin ilk dəfə təsdiqləndiyi bir şeyi ortaya qoyur: qaya qaynayan su kimi konveksiya axınları ilə aşağıya doğru hərəkət edir.
Tədqiqatın aparıcı müəllifi, professor Motohiko Murakami, “Bizim kəşfimiz Yerin təkcə səthdə deyil, həm də onun daxilində hərəkət etdiyini göstərir”, – deyib.
Bu nəzəriyyənin təsdiqi indi alimlərə Yerin dərinliklərində gizlənmiş qaya axınlarının xəritəsini çəkməyə imkan verir.
Bu cərəyanların bir gün vulkanları, zəlzələləri, tektonik plitələri və hətta Yerin maqnit sahəsini hərəkətə gətirən “görünməz mühərriki” izah edə biləcəyi düşünülür.
“Biz nəhayət tapmacanın itkin hissəsini tapdıq”, – Murakami deyib.
Yer üç əsas təbəqəyə bölünür: yer qabığı, mantiya və nüvə. Bu heyrətamiz kəşf mantiyanın “D təbəqəsi” kimi tanınan qeyri-adi bölgəsində aparılan tədqiqatlar nəticəsində ortaya çıxdı.
Zəlzələlərdən qaynaqlanan seysmik dalğalar bu təbəqəyə çatdıqda, birdən sürətlənir – dalğaların başqa bir maddəyə daxil olduğunu göstərir.
Başqa sözlə, “D” təbəqəsi əslində səthdən 2700 kilometr aşağıda yerləşən nəhəng yeraltı qaya axınıdır. Bu axın çox yavaş hərəkət etsə də – ildə cəmi bir neçə santimetr – milyardlarla il ərzində geniş miqyaslı yerdəyişmələr yaradır.
Mütəxəssislər deyirlər ki, mantiya bərk olsa da, uzun müddət ərzində maye kimi axa bilər.
İldə cəmi bir neçə santimetrlik hərəkət dörd milyard il ərzində belə böyük yerdəyişmə deməkdir.
Bu kəşf Yerin dərinliklərindəki gizli dinamikanın dərk edilməsində mühüm mərhələ kimi qiymətləndirilir.