
Xalqla birliyin təntənəsi
Heydər Əliyev təkcə dövlət qurmadı – həm də millətin taleyinə sahib çıxdı
Heydər Əliyev təkcə dövlət qurmadı – həm də millətin taleyinə sahib çıxdı
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
Rusiya liderinin velikorus şovinizmi artıq ifrat həddinə çatıb
SSRİ-də ilkə imza atan hərbçi qadınlarımız
Biz faşizmlə 35 il döyüşdük
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
... Yaxud ermənilərin fantaziyası, rusların populistliyi
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Azərbaycan 1000 illik türk hakimiyyətinin varisidir
Baş nazirin müavini Suriyada rəsmi səfərdədir
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini bilir
Təkcə torpaq deyil yaddaş, xatirələr, uşaq gülüşləri, şəhid səslərin işğal olunmuşdu
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
Bakı, Ankara və London üzərlərinə düşəni etməyə çalışır
İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan hesab edir ki, erməni tərəfi üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Madrid prinsiplərindən imtina etmək real deyil.
Madrid prinsiplərinə bu günlərdə Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatında da istinad edilib. Həmin prinsiplər Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını, Dağlıq Qarabağın aralıq sttausunun müəyyən edilməsini və yekun statusun müəyyən olunması üçün referendumun keçirilməsini nəzərdə tutur. Ermənistanda isə son vaxtlar “bir qarış da torpaq qaytarmamaq” prinsipindən çıxış etməyə başlayıblar və bu ritorika artıq hakimiyyət nümayəndələrinə də sirayət edib. Habelə Madrid prinsiplərinin “köhnəldiyini” və ondan imtina edilməli olduğu haqda bəyanatlar səslənir.
“Aydın məsələdir ki, danışıqlar masasında nə varsa odur. Bu, Madrid prinsipləridir və həmsədrlər o haqda öz bəyanatlarında kifayət qədər aydın bildiriblər. Geniş mənada, müxtəlif nüanslarla, müxtəlif variantlarla, amma dünya ictimaiyyətinin Qarabağ münaqişəsində vasitəçilik və ya danışıq dili Madrid prinsipləridir”, - Aleksandr İsgəndəryan bildirib.
Politoloq qeyd edib ki, bu prinsiplər nə azərbaycanlıların, nə ermənilərin xoşuna gəlmir. Amma Madrid prinsipləri Azərbaycan tərəfi üçün daha əlverişsizdir, nəinki erməni tərəfi üçün.
“Ermənistanda liderlər vaxtaşırı olaraq deyirlər ki, onlar Madrid prinsipləri çərçivəsində danışıqları davam etdirməyə hazırdırlar. Bu, cəmiyyət tərəfindən çox pis qarşılanır, amma onlar bunu deyirlər. Azərbaycan rəhbərliyi bunu deyə bilməz, amma danışıqlar real olaraq Madrid prinsipləri ərçivəsində gedir”-İsgəndəryan əlavə edib.
Bununla belə erməni politoloq hesab edir ki, Ermənistanın baş naziri Nikol Painyanla Azər baycan prezidenti İlham Əliyev arasında qarşıdakı görüş danışıqların bərpası olacaq, amma bu görüşdə irəliləyiş əldə edilməsi ehtimalı azdır. “Uzağı onlar növbəti görüş haqda razılaşacaqlar”-o bildirib.