
Azərbaycan MDB-dən çıxacaq?
21-ci əsrdə orta əsrlərin feodal dövləti davranışı
21-ci əsrdə orta əsrlərin feodal dövləti davranışı
Növbəti Çin modeli?
AB Rusiyaya qarşı yeni sanksiya paketi ilə bağlı razılığa gəldi
Xarici müdafiə şirkətləri silahlarını real döyüşdə sınaqdan keçirəcək
Medvedevdən Qərbə hücum təhdidi
Kim kiminlədir və Azərbaycan haradadır?
“Axıra qədər müharibəyə hazırlaşır”
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Fars-molla rejiminin Zəngəzur üzərindən geosiyasi şantajı davam edir
“Patriot”lar, casus uçuşları və Trampın Putinə mesajı
NATO-nun casus təyyarələri eyni gündə iki istiqamətdən yaxınlaşıb
Tramp: “ABŞ ödənişi alacaq”
Putin müharibəyə fasilə verməmək üçün atəşkəsə razılaşmır
Novosibirsk küçəsindəki baş isə “Hamlet”in yolunu gözləyəcək
Yaxud Tramp və Ukrayna labirinti
Rusiyanın taktikasının qarşısını almaq üçün Avropa hərəkət etməlidir
Ukraynada baş verənlər rus və erməni işğalıdır. XX əsrin əvvəllərində Anadoludan Qafqaza, Təbrizdən Türküstana qədər uzanan nəhəng bir ərazidə “bolşevik” və digər bu kimi adlar altında gizlənərək amansız qətliamlar, soyqırım aktları törədən bu cinayətkar cütlüyü öz adı ilə çağırmağın zamanı çoxdan gəlib.
1918-19-cu illərdə, indi Orta Asiya adlandırdıqları Türküstanı qana bürüyən “bolşeviklər” türk xalqlarına qarşı ən amansız qətliamların həyata keçirilməsini ermənilərə həvalə etmişdilər. Azərbaycanda şaumyanların həyata keçirdikləri cinayətləri Türküstanda levon morzoyanlar gerçəkləşdirirdi...
Eyni dəst-xətti birinci və ikinci Qarabağ müharibələrində də gördük. Azərbaycan torpaqlarının işğalında, xalqımıza qarşı amansız qətliamların, soyqırım aktlarının törədilməsində, günahsız körpələrin, qadınların, ahıl insanların qətlə yetirilməsində ermənilər tək deyildilər. Hər yerdə Rusiyanın barmağı vardı və bu barmaq günahsız insanları nəhəng hərb maşınının altında əzdikdən sonra meydanı ermənilərə buraxır, onların misli görünməmiş cinayətkar əməllərindən, qəddarlıqlarından həzz alırdı.
Bu “barmaq” 20 yanvarda Azərbaycan xalqının üzərinə ermənilərin kompakt yaşadığı Rostov, Krasnodar vilayətlərindən “ehtiyatda olan hərbçiləri” göndərmişdi... Sanki Sovet ordusunun şəxsi heyəti qırılıb qurtarıbmış... 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı amansız qətliamı həyata keçirən də Rusiya-Ermənistan cinayətkar “ittifaqı”ydi, Xocalıda bəşər tarixinin ən alçaq cinayət aktını törədən də...
Ermənilərin son 120 il ərzində azərbaycanlılara və digər türk xalqlarına qarşı həyata keçirdikləri amansız müharibə cinayətlərinin, terror və soyqırım aktlarının arxasında Rusiyanın şovinist, ultramillətçi siyasəti dayanır. Əvvəl önündə, iş işdən keçəndən sonra isə arxasında...
Qazaxıstanda baş verən hadisələr zamanı Ermənistanın baş naziri Nikol Pasinyanın və ətrafının necə canfəşanlıq etdiyini, yəqin ki, çoxları xatırlayır. Burunlarına türk qanının və onlara öz natamamlıqlarının qisasını almağa imkan yaradacaq üfunətli nəfəsin qoxusu dəymişdi. Çiçəyi çırtlamışdı ermənilərin, xoşbəxt olmuşdular. Sələfləri Levon Morzoyanın bolşeviklərin çatısı altında törətdikləri cinayətləri təkrarlamaq keçirdi könüllərindən...
Bu gün Ermənistan Rusiyanın Ukraynaya təcavüzünə tam və hərtərəfli dəstək verir. Ermənistanda işğalın dəstəklənməsinə, Rusiyanın təcavüzünün müdafiəsinə həsr olunmuş mitinqlər keçirilir, separatçılara humanitar yardımlar daşınır, üzərində “Armeniya” yazılmış tanklar Ukrayna torpaqlarını günahsız insanların qanıyla suvarır, şəhərləri, kəndləri viran qoyur. Geyimlərində Ermənistan bayrağını simvolizə edən şevron daşıyan hərbçilər uşaqları, qadınları, köməksiz insanları elə Xocalıda olduğu kimi amansızcasına qətlə yetirirlər.
Rusiya telekanallarında işğala “şam tutan” “propoq....n”ların da ön sırasında, yenə də ermənilər dayanır, ən qatı faşist ideoloqları kimi Ukrayna xalqının “sterilizasiya” edilməsinin vacibliyindən danışır, hər kəlməbaşı “denafikasiya”, “demilitarizasiya” sözlərini kin-küdurət kəsmiş nəfəsləriylə havaya üfürürlər.
Yenə də ən iyrənc, ağız ifrazına belə layiq olmayan işlərin on cərgəsində ermənilər - Simonyan, Keosanyan, Kurqinyan, Şahnazarov, Qabrielyanov, Babayan, Mirzoyan, Baqdasarov, Qalstyan və digərləri dayanır, Ukrayna xalqına “ölüm hökmü” kəsirlər.
Və bütün bu iyrənc əməllərinin fonunda yenə də dünyanın ən “məzlum”, ən “yazıq”, ən “məsum” çaqqal və leşyeyənləri kimi görünmək üçün dəridən-qabıqdan çıxırlar. Amma fakt faktlığında qalır. Bu gün Ukraynanın işğalında Ermənistan Rusiya ilə birlikdə iştirak edir. Bütün bunları görməmək, yaxud görüb dilə gətirməmək daha amansız qətliamlara yol aça bilər. Beynəlxalq birlik Ermənistana layiq olduğu cavabı verməlidir. Heç olmasa indi...