Qərb müharibə ilə oynayır
Bu dəfə ermənilər “savaş əti” olacaq?
Elçin ALIOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
Əvvəlki oriyentirlər dağılıb, düşüncə istiqamətləri yox olub, fərqli tələblər və çağırışlar formalaşıb. Qərb indi Rusiyaya qarşı sanksiyalar yeridir, cəzalandırmağa çalışır, Moskvanı dayandırmağa can atır və ən başlıcası, Rusiyanın aqressiv-neoimper planlarının önünə vahid düşərgə kimi çıxdığını bəyan edir.
42 ölkə Rusiyaya qarşı koalisiyada birləşdiklərini deyirlər.
İş də ondadır ki, sadəcə, deyirlər - əməldə isə həmin ölkələr arasında Rusiyanın maraqlarını təmin etməyə çalışanlar az deyil.
Fransa, Yunanıstan, Serbiya, Macarıstan, İtaliya və Almaniya kimi.
Kollektiv Qərbdəki parçalanmanı Ukrayna müharibəsi ilə bağlı Avropa İttifaqının iki lokomotivinin - Fransa və Almaniyanın davranışında görmək olar. Rusiyanın təbii qazından və neftindən ayrılmaq istəməyən Parislə Berlin Moskvanın bundan sonra da enerjidaşıyıcıları satışı vasitəsilə “tərəfdaş”larıın asılı vəziyyətdə saxlamağa çalışmasını “görmür”lər.
Onlar anlamırlar ki, Avropa İttifaqı ölkələrinin bir çoxunun neft və təbii qaz təminatı sahəsində real alternativinin yoxluğundan faydalanan Moskva daha da aqressivləşir, bu durumdan parazitcəsinə istifadə edir.
Emmanuel Makronla Olaf Şoltsun artıq ələ salınan, Ukrayna mediasında isə aşağılanma, təhqir və az qala söyüş obyektinə çevrilən açıqlamaları əslində Qərbdəki vəhşi imperialist rəqabətinin beynəlxalq hüquq sisteminin formalaşmış mexanizmlərini darmadağın edir.
ATƏT, AŞPA, Haaqa Tribunalı və ən nəhayət, BMT artıq dünya siyasətinin dalanlarına itələnib.
Bu qurumların HEÇ BİRİ artıq beynəlxalq hakim rolunu oynaya bilmir və oynamır.
Beynəlxalq hüquq anlayışının tragikomediyaya çevrildiyini bütün dünya BMT-nin baş katibi Quterreş Kiyevdə olarkən oraya Rusiyanın ballistik raketlər atmasında gördü.
Qərb Rusiyanın qarşısını almaqda qərarlı olduğunu deyir, amma enerjidaşıyıcıları tələbatının ödənməsi ilə bağlı Moskvadan asılılıq ikiüzlü və riyakar siyasətin murdarlıqlarını əyan edir.
Qərb indi Şərə qalib gəlməyə yox, ehtiyaclarını və tələbatını təmin etməyə çalışır.
Son ümid NATO-ya idi, o da PKK və digər terror təşkilatlarına bütün vasitələrlə dəstək verməkdə olan İsveçlə Rusiyanın sədaqətli tərəfdaşı Finlandiyanın Şimali Atlantika Alyansına üzv olmaq istəkləri ilə puç oldu.
Stokholmla Helsinki seçimi könüllü etmədilər - okeanın o tayından aldıqları əmri yerinə yetirdilər.
200 il əvvəlki sərhədlərini bərpa etməyə çalışaraq əlində nüvə dəyənəyini yelləyən patavalı Rusiyanın qarşısını almağa çalışanların uğursuzluğa düçar olacaqları təqdirdə yeni geosiyasi düzənlə qüvvələr nisbətinin necə olacağını kimsə bilmir.
Qərb valenkalı, çılğın, velikorus idefiksləri ilə beyni zəhərlənmiş rusiyalı hərbçilərin yürüşündən qorxur. O, Rusiyanı dayandırmaq istəmir.
Səbəb Qərbin üçüncü dünya müharibəsindən və ya nüvə savaşından qorxmasında deyil.
Hər şey daha bəsit, daha primitivdir: Qərb yüksək standartlı yaşama alışmış vətəndaşlarının səbir kasasını dolduracaq son damladan qorxur.
Məhz bu səbəbdən Qərb qocalan, zəifləyən, tədricən parçalanaraq yoxa çıxmaqda olan sivilizasiyasını təhlükələrdən və təhdidlərdən hifz etmək üçün şər şeyi, hər kəsi qurban verməyə hazırdır - Moldovanı, Ermənistanı, Gürcüstanı, Ukraynanı, Mərkəzi Asiyanı, Baltikyanı dövlətləri...
Ukrayna Prezidenti Vladimir Zelenskinin açıq-aşkar şəkildə “Makron mənə Ukraynanın suverenliyinin və ərazilərinin bir hissəsini Rusiyaya güzəştə getməyi təklif edib” söyləməsi ciddi siqnal deyil?
Bəyəm 1940-cı ildə nasizmi dayandıracağını deyən Qərb vədlərinə xilaf çıxaraq Berlinlə sövdələşmələrə getməmişdi?
Macarıstan, Almaniya, Fransa, İtaliya, Yunanıstan, Bolqarıstan indi həmin situasiyanı təkrarlamırlar?
Qərbin saxta “demokratiya”sı qan ağlayan, viran qalan Ukraynanın xarabazara döndərilən şəhərlərində bombardman sədalarına rəğmən, “çıxış yolu” arayır.
Bəyəm 1940-cı ildə nasizmi dayandıracağını deyən Qərb vədlərinə xilaf çıxaraq Berlinlə sövdələşmələrə getməmişdi?
Macarıstan, Almaniya, Fransa, İtaliya, Yunanıstan, Bolqarıstan indi həmin situasiyanı təkrarlamırlar?
Qərbin saxta “demokratiya”sı qan ağlayan, viran qalan Ukraynanın xarabazara döndərilən şəhərlərində bombardman sədalarına rəğmən, “çıxış yolu” arayır.
Rusiyanın neoimper və velikorus şovinizminə qarışmış aqressiyası kollektiv Qərbin riyakar və ikiüzlü siyasəti ilə birlikdə yeni dünya düzənini, fərqli geosiyasi müstəvini formalaşdırır.
Ukraynada müharibənin ilk günlərində Qərb “ukraynalılar bir neçə günə məğlub olacaqlar” deyirdi.
Ukraynalılar məğlub olmadılar, hər küçə, hər ev uğrunda döyüşdülər və savaşın axarını dəyişdilər.
Minlərlə ukraynalının həyatı, milyonlarla ukraynalının əzabları və məşəqqəti Avrasiya məkanını enerjidaşıyıcılarından geosiyasi silah qismində istifadə edən dövlətin caynaqlarına verən Qərbi maraqlandırırmı?
Əfsuslar olsun ki, yox.
Daha doğrusu, təbii ki, yox.
Ukraynanın başına gələnlər və gətirilənlər öyrənilməlidir.
Çünki yaşananların Azərbaycana dəxli olmadığını düşünsək, yanılarıq.
Ukrayna müharibəsi ilə bağlı Qərblə Rusiyanın qarşıdurması Cənubi Qafqaza da sirayət edib.
Moskva indi Ermənistandakı fiqurlarını işə salaraq erməniləri küçələrə çıxarıb, baş nazir Nikol Paşinyana qarşı kütləvi etiraz aksiyaları keçirdir.
Bəli, məhz belə: İrəvandakı aksiyaların sifarişçisi, maliyyəçisi, təşkilatçısı və idarəedəni Rusiyadır.
O Rusiya ki, rəsmi İrəvan Qərblə yaxınlaşmağa davam edərsə, ən yaxşı halda Ermənistanda yeni çevriliş edəcək, ən pis halda isə Ermənistana qoşun yeridəcək.
Ermənistanı öz maraq məkanı qismində görən Fransa məhz bu səbəbdən “ermənidən artıq ermənilik” siyasəti yürüdərək İrəvana təsir imkanlarını əldən buraxmaq istəmir.
Emmanuel Makrondan tutmuş, onun siyasi rəqibləri Mari Le Pen və Valeri Pekres - bu “madam”ların ikisi də son prezident seçkilərində Makrona qarşı idilər - Ermənistana bütün sahələrdə məhdudiyyətsiz, hüdudsuz dəstəyin verilməsini vurğulayırlar.
Əgər Valeri Pekres 12 il sabiq SSRİ-nin Dövlət Təhlükəsizlik Xidmətinin (KQB) agenti olubsa, Mari Le Pen isə son üç ildə Rusiyadan 11,2 milyon avro “borc” alaraq indi həmin ödənişlərin varlığını israrla danırsa, Emmanuel Makron daha da irəli gedərək Ukraynanın şərqini və cənubunu Rusiyaya hədiyyə etməyin “qaçılmazlığını” Kiyevdəki hakimiyyətə anlatmağa, Zelenskini dilə tutmağa çalışıb.
2008-ci ildə Ukraynaya Avropa İttifaqı və NATO-ya üzvlüklə bağlı vədlər verən, son 14 ildə Kiyevi “inteqrasiya prosesləri”nə vadar edən, indisə Ukraynanın həmin təşkilatların üzvlüyünə namizəd statusu almasına belə, hər vəchlə mane olan Fransa və Almaniyanın davranışlarında bizi nə təccübləndirə bilər ki...
Kollektiv Qərb vahid, stabil və bölünməz olduğunu bəyan etsə də, orada hər ölkənin öz maraqları var.
Təbii, normal prosesdir.
Anormal olan belə ölkələrin özlərinin etmədiklərini və etməyəcəklərini Ukrayna kimi, Azərbaycandan da tələb etmələridir.
Sadə yazım: Qərb Kiyevdən və Bakıdan separatçıları “anlamağı” istəyir.
Kiyevin nə edəcəyi Ukrayna rəhbərliyinin qərar çərçivəsindədir və ukraynalıların daxili işidir.
Bizim işimiz isə hazırda Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə özlərini çox rahat hiss edən erməni terrorçuları ilə bağlı problemi həll etməkdir.
Ermənistan ya yekun sülh müqaviləsini imzalayaraq revanşizmdən əl çəkməli, İrəvanda yeni müharibə çağırışlarına son qoyulmalı və bölgədə dayanıqlı sülhlə stabilliyinin bərqərar olması üçün konkret addımlar atmalı, ya da daha ağır günlərə hazır olmalıdır.
Çünki əksi latınlar demişkən, “casus bəlli”dir.