
“Sülh aktı” ...
... Cənubi Qafqazda sabitliyə təhdid
... Cənubi Qafqazda sabitliyə təhdid
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Rus nefti alan ölkələrə qarşı yeni tədbirlər görüləcək
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Avropada iki yeniyetmə Rusiya üçün casusluq şübhəsi ilə həbs olundu
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Kreml Moskva görüşü təklifini xatırlatdı
Gürcüstanı Rusiyanın təsiri altına salan hiyləgər rus "çar"ı, indi də Moldovanın üzərinə əl qoyur...
Rusiyadan Almaniyaya sərt ittiham
“Rusiyanın Gümrüdə yerləşən bazası bu dövlətin NATO sərhədlərində mövcud olan hərbi təminatlarından biridir. Ona görə, şimal qonşumuz mütəmadi olaraq burada özünün silahlı qüvvələrini gücləndirir, yeni texnikalar yerləşdirir”.
Bu barədə Modern.az-a Rusiyanın Ermənistandakı hərbi bazasının gücləndirməsinin pərdəarxası məqamlarını izah edərkən “Azeri Defence” hərbi-texnoloji jurnalının təsisçisi və baş redaktoru, hərbi-jurnalist Rəşad Süleymanov danışıb. O qeyd edib ki, Rusiyanın tək Gümrüdə deyil, digər zonalarda yerləşən hərbi bazaları da daim yenilənir:
“Düşünürəm ki, bu bazanın gücləndirilməsinin Azərbaycana qarşı hər hansı bir təhlükəsi yoxdur. Hərbi baza Ermənistanı qorumaq məqsədi daşıyır. Azərbaycanın isə Ermənistana hər hansı ərazi iddiaları, torpaq əldə etmək fikri yoxdur. Biz sadəcə öz işğal olunmuş torpaqlarımızı geri qaytarmağa, ərazi bütövlüyümüzü təmin etməyə çalışırıq. Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ona görə düşünmürəm ki, Qarabağda savaş zamanı Rusiya hərbi bazaları istifadə ediləcək.
Bütün bunlara rəğmən Rusiya hərbi bazasının silahlanması zamanı köhnəlmiş texnikalar Ermənistan silahlı qüvvələrinə və Ermənistan-Rusiya birgə əməliyyat briqadasına verilir. Hətta 2006-cı ildən başlayaraq, hər il müəyyən sayda hərbi texnikanın Gümrü bazasından çıxarılaraq, Ermənistan Müdafiə Nazirliyinin sərəncamına verilməsinin şahidi oluruq. Bu proses birgə əməkdaşlıq, hərbi yardım proqramları çərçivəsində həyata keçirilir”.
Rusiyanın Gümrü bazasının gücləndirməsinin Azərbaycan-Türkiyə yaxınlaşmasına siyasi mesaj olduğu barədə iddialara gəlincə, R. Süleymanov bununla razılaşmayıb. O hesab edir ki, Rusiyanın Azərbaycan –Türkiyə hərbi birliyinə, birgə hərbi təlimlərinə cavab olaraq, Ermənistandakı hərbi bazasını gücləndirməsinin məntiqi əsası yoxdur:
“Çünki hər bir ölkə öz ordusunu, hərbi bazalarını gücləndirmək məqsədi güdür. Azərbaycanın isə hər hansı bir dövlətin hərbi yardımına ehtiyacı yoxdur”.