vaxtlı-vaxtında oxuyun! Cümə, 27 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AVROPA  
14:46 | 25 aprel 2017 | Çərşənbə axşamı Məqaləyə 1324 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Holcim»in rəhbəri istefa verdi

Azərbaycanda da fəaliyyət göstərən Fransa şirkəti İŞİD-ə pul ödəyirmiş

MÖVZU İLƏ ƏLAQƏLİ

«LafargeHolcim Group» 2012 və 2014-cü illərdə Suriyada fəaliyyətini davam etdirmək üçün İŞİD terror təşkilatı və bəzi silahlı qruplaşmalara pul ödəyib. «APA-Economics» xəbər verir ki, bu barədə «Financial Times» yazır.

Nəşrin iddiasına görə, şirkətdaxili araşdırmaların nəticəsi olaraq şirkətin baş icraçı direktoru Erik Olsen (Eric Olsen) istefa verib.

«Şirkətin bəzi əməkdaşları etiraf ediblər ki, nəhəng sement istehsalçısı Suriyanın Cələbiyə adlanan ərazisində yerləşən zavodun təhlükəsiz fəaliyyət göstərməsi üçün bəzi «qəbuledilməz razılaşmaları» qəbul edib», - deyə məlumatda qeyd edilib.

Fransa mətbuatına danışan şirkətin bəzi əməkdaşları isə bildirib ki, qeyri-qanuni ödənişlərin bir qismi birbaşa olaraq İŞİD-ə göndərilib, əvəzində terror təşkilatı zavodun təhlükəsizliyini təmin edib.

Qeyd edək ki, «Holcim (Azərbaycan)» (keçmiş «Qaradağ Sement») «LafargeHolcim Group»un törəmə müəssisəsidir.

«Holcim (Azərbaycan)» ASC-də səhmdarların pay bölgüsü bu cürdür: «Azərbaycan İnvestisiya Şirkəti» (10 faiz), «Holcim LTD» (69,4 faiz), Avropa Yenidənqurma və Yenidənqurma Bankı (10 faiz) və yerli investorlar (10,6 faiz).