vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
12:47 | 15 iyun 2017 | Cümə axşamı Məqaləyə 1466 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daşnakları kölgədə qoyan Zaxarova

Rəsmi Moskva «Dağlıq Qarabağ xalqı» ifadəsini işlətdi?

MÖVZU İLƏ ƏLAQƏLİ

Virtualaz.org qeyd edir ki, əgər Mariya Zaxarova doğrudan da «Dağlıq Qarabağ xalqı» ifadəsini işlədibsə bu yolverilməzdir və düzgün deyil. Çünki həmin regionda yaşayan insanlardan söz gedirsə onların barəsində «Dağlıq Qarabağ sakinləri» ifadəsi işlədilməlidir.

Zaxarovanın «Dağlıq Qarabağ xalqı» ifadəsi işlətdiyi barədə hələlik bir mənbə-«Moskva-Baku» portalı bildirir. Digər mənbələrdə bu «Dağlıq Qarabağda yaşayan insanlar» kimi göstərilir. Zaxarovanın brifinqinin stenoqramı hələlik Rusiya XİN-in saytında yerləşdirilməyib.


***


11:58

«Rusiya əlindən gələn hər şeyi edir ki, Qarabağ münaqişəsinin həlli tapılsın-nə qədər tez olsa o qədər yaxşıdır. Lakin münaqişə tərəflərinin heç birinə, o cümlədən Dağlıq Qarabağ xalqına ziyan vurmadan».

Virtualaz.org xəbər verir ki, belə bəyanatla Rusiya XİN-in qalmaqallı mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə çıxış edib.

«Mən hesab edirəm ki, hər tərəfin-Azərbaycan və Ermənistanın, onların rəsmi nümayəndələrinin, dövlət xadimlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz baxışları var. Bu münaqişənin həlli üçün müəyyən olunmuş format mövcuddur, doğrudan da köhnə problemdir və kompromislərin axtarışını nəzərdə tutur. Kompromislərin axtarışı isə bu gün tərəflərin mövqeləri arasında fərqlərin nə qədər böyük olmasına baxmayaraq mövqelərin yaxınlaşması deməkdir», - Zaxarova şərhini davam etdirib.

Rusiya XİN rəsmisi əlavə edib ki, bu, beynəlxalq praktikadır, diplomatik işin praktikası budur ki, həlli mümkün görünməyən məsələlərin də həllini axtarıb tapasan. «Biz bu qiymətləndirmə ilə razıyıq ki, situasiya həll və irəliləyiş tələb edir, məhz buna görə də son vaxtla müxtəlif formatlarda təmaslar intensivləşib»-Zaxarova əlavə edib.