vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
20:28 | 16 iyun 2017 | Cümə Məqaləyə 2657 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycan olduqca əhəmiyyətli bazardır»

Anton Şinqaryov: «Dağlıq Qarabağ münaqişəsi kiberhücum riskini artırır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Geosiyasi risklər fonunda Azərbaycan kiberhücumlara daha çox məruz qalmaq təhlükəsi ilə üz-üzədir». Bunu APA-ya açıqlamasında «Kaspersky Lab» şirkətinin vitse-prezidenti Anton Şinqaryov deyib.

Onun sözlərinə görə, kiberhücum təhlükəsi hər bir ölkə üçün hər zaman var: «Sürətlə dəyişən dünyada hər şey əvvəlki kimi deyil. Bu təhlükə sərhəd tanımır. Azərbaycanda İT sahəsinə maraq böyükdür, ölkədə güclü proqramçılar var. Lakin onların bəziləri sənətin digər tərəfini seçir və kibercinayətkara çevrilir. Bu, hər bir ölkəyə xas olan problemdir. Bundan başqa, qonşularla siyasi-hərbi münaqişə şəraitində yaşayan ölkələrdə kiberhücum riski yüksək olur. Biz bilirik ki, qonşuları ucbatından Azərbaycan asan olmayan geosiyasi şəraitdədir. Mən Dağlıq Qarabağ münaqişəsini nəzərdə tuturam. Bu baxımdan IT infrastrukturun qorunması Azərbaycan üçün olduqca önəmlidir. Bununla yanaşı, ölkənin güclü sənayesi və maliyyə sektoru var. Bu da potensial riskləri artırır».

Vitse-prezident onu da qeyd edib ki, «Kaspersky Lab» şirkətinin təsisçisi və baş icraçı direktoru Yevgeni Kasperski yaxın günlərdə Bakıya səfər edəcək. Onun sözlərinə görə, səfər çərçivəsində şirkətin rəhbəri «Formula-1» yarışının Bakı Qran-prisini izləyəcək.

«Bilirsiniz ki, «Kaspersky Lab» «Ferrari» komandasının sponsorudur. Yevgeni «Formula-1», sürət həvəskarıdır», - A.Sinqaryov əlavə edib.

Şirkət rəsmisi deyib ki, böyük ehtimalla, Bakıya səfəri çərçivəsində Y.Kasperki prezidenti İlham Əliyevlə görüşəcək: «Hər şey qrafikdən asılıdır. Belə bir istək var, lakin görüş təsdiqlənməyib».

O həmçinin bildirib ki, səfər zamanı bir sıra dövlət qurumlarının və iri şirkətlərin rəhbərləri ilə görüş planlaşdırılır: «Güclü sənaye sektoruna malik olan Azərbaycan bizim üçün olduqca əhəmiyyətli bazardır».