23:54 | 24 iyun 2017 | Şənbə
Məqaləyə 2031 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya millisi qrupda qaldı
Səmədovun vurduğu yeganə qol da komandasına kömək olmadı
Rusiya yığması Konfederasiyalar Kuboku-2017-nin qrup mərhələsinin III turunda Meksikaya məğlub olub. Kazanda keçirilən görüş 2:1 hesabı ilə cənubi amerikalıların xeyrinə başa çatıb.
Oyunda hesabı ruslar açıb. Əslən azərbaycanlı olan Aleksandr Səmədov 25-ci dəqiqədə rəqibi məyus edib. Lakin rəqib 30 və 52-ci dəqiqələrdə fərqlənərək oyunun taleyini həll edib. Rusiya millisi məğlub duruma düşdükdən sonra 68-ci dəqiqədə azlıqda qalıb.
Qrupun digər matçında Portuqaliya Yeni Zelandiyanı 4:0 hesabı ilə darmadağın edib. Nəticədə Meksika və Portuqaliya mərhələ adlayıb.