vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
QARABAĞ  
14:36 | 4 iyun 2013 | Çərşənbə axşamı Məqaləyə 1727 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Düşmən əsgərləri yaralanıb

Ermənilər cəbhədə xəttində sakitləşmir

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində - cəbhənin Kəlbəcər rayonu istiqamətində atışma olub. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Kəlbəcər rayonu istiqamətində ermənilərin mövqelərinə hücum edib. Döyüşlərdən sonra Azərbaycan hərbçiləri öz mövqelərinə çəkilib, itki barədə məlumat yoxdur.

Atışma zamanı erməni tərəfdən bir neçə hərbçi yaralanıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan isə hazırda ön xətdə vəziyyətin nəzarət altında olduğunu bildirib.
Azərbaycan Silahlı Qüvvələrindəki mənbələrdən isə APA-ya bildirilib ki, son bir neçə gündə Qarabağ cəbhəsində ermənilərin ön xəttə əlavə canlı qüvvə və hərbi texnika yerləşdirməsi müşahidə olunur. Eyni zamanda qarşı tərəf mühəndis istehkam maneələrini gücləndirir, mövqelərində möhkəmləndirmə işləri aparır.
Azərbaycan Müdafiə Nazirliyindən məlumatı dəqiqləşdirmək mümkün olmayıb.