vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
QARABAĞ  
09:50 | 31 may 2013 | Cümə Məqaləyə 1856 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Arizona Senatı həqiqətin yanında

“Qarabağ Azərbaycan ərazisidir”

Trend

ABŞ-ın Arizona ştatının ən ali qanunverici orqanı olan Arizona Ştat Senatı mayın 30-da keçirilən plenar iclasında Azərbaycan-ABŞ strateji tərəfdaşlığının dəstəklənməsinə dair qətnamə qəbul edib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Trend-ə daxil olan məlumata görə, senatorlar tərəfindən yekdilliklə qəbul edilən qətnamədə Qarabağın Azərbaycan ərazisi olduğu və Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin ABŞ və BMT tərəfindən tanındığı bildirilir.

Həmçinin, 95 il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı və həmin respublikanın ABŞ da daxil olmaqla bir sıra demokratik dövlətlərdən öncə qadınlara seçki hüququ verdiyi vurğulanır.
1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanın son 22 il ərzində öz suverenliyini və müstəqilliyini gücləndirdiyi və bölgənin ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrildiyi bildirilir. Qeyd olunur ki, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi ölkənin böyük Yaxın Şərqdə sülhün və təhlükəsizliyin qorunmasında artan rolunun və genişlənən imkanlarının bariz göstəricisidir.
Qətnamədə ABŞ ilə Azərbaycanın vahid dəyərlərə, ümumi maraqlara və baxışlara əsaslanan güclü strateji tərəfdaşlıq münasibətləri qurduqları qeyd olunur. Bildirilir ki, Azərbaycan ABŞ-ın Xəzər dənizi kimi çox önəmli bir bölgədə güclü müttəfiqidir. Bundan əlavə, 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına və terrorçuluğa qarşı mübarizə sahəsində uğurla əməkdaşlıq etdiyi bildirilir. Sonra Azərbaycanın ABŞ-ın və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndiirlir. Azərbaycanın qədim etnik və dini tolerantlıq ənənələrinə malik olan dünyəvi ölkə olması xüsusilə vurğulanır. Sonda ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlərlə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanır.
Qeyd edək ki, bu, Arizona qanunvericilik orqanı tərəfindən Azərbaycan barədə qəbul edilən ilk qətnamədir.