vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
13:30 | 4 iyun 2013 | Çərşənbə axşamı Məqaləyə 1971 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

CHP sədri Türkiyə prezidenti ilə görüşüb

Kamal Kılıcdaroğlu: “Baş nazirin ifadələri olayı qızışdırmaq yönündədir”

anspress

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu prezident Abdullah Güllə görüşüb. Yarım saat davam edən görüş CHP tərəfinin xahişi ilə baş tutub. Kamal Kılıcdaroğlu görüşdən sonra media nümayəndələrinin suallarına cavab verib.

O bildirib ki, Türkiyədə son günlər yaşanan acı olaylarla bağlı prezident Gülü ziyarət edib və qayğılarını ona çatdırıb: “Taksimdə səslənən tələblərin dilə gəlməsinin demokratiyalar üçün son dərəcə təbii olduğunu hörmətli prezidentə bildirdim. Həmçinin bildirdim ki, baş nazirin istifadə etdiyi ifadələr olayı sakitləşdirmək yox, qızışdırmaq yönündədir. Hadisələri sakitləşdirmək məsələsində prezidentə böyük öhdəlik düşdüyünü bildirdim və ondan bu vəzifəsini yerinə yetirməsini istədim”.
Qeyd edək ki, Türkiyənin Taksim meydanında baş verənlərə görə, baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyənin əsas müxalifət partiyasının sədri Kamal Kılıcdaroğlunu təqsirli bilir.