Putin Qarabağda?
Gürcüstana «arxa qapı»dan edilən səfərdə daha bir hədəf; Kreml başçısının beynəlxalq hüquqa zidd olan Abxaziya səfəri erməni separatçılarını da ruhlandıracaq
Siyasət şöbəsi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
Bu gün Rusiya prezidenti Vladimir Putin Abxaziyaya gedir. Bundan əvvəl, o, ilk dəfə 4 il qabaq - 2013-cü ildə Abxaziyada olub. Lakin indiki situasiya xeyli fərqlidir. İndi Rusiya Qərbin ağır sanksiyaları altındadır, iqtisadiyyatı, büdcəsi ciddi problemlərlə üzləşib; ABŞ-la, Avropa Birliyi ilə onun münasibətləri faktiki, böhran həddindədir və Rusiya hətta sivil dünyadan təcrid olunmağa başlayıb.
Putinin ikinci dəfə suveren bir dövlətin - Gürcüstanın ərazisinə «dal qapı»dan, xəlvəti girməsi məhz belə bir həssas situasiyaya təsadüf edir. Səfərin 2008-ci ildəki «5 günlük müharibə»nin başlanmasının ildönümünə salınması bu mənada ikinci dərəcəli, simvolik məna kəsb edir.
***
Kreml başçısının Abxaziya ziyarətində birinci mesaj sözsüz ki, «5 günlük müharibə»dən sonra Gürcüstanda, bölgədə əhəmiyyətli şəkildə oturuşmuş ABŞ-a, NATO blokuna ünvanlıdır. ABŞ-ın vitse-prezidenti Maykl Pensin ötən həftə Gürcüstana səfər eləməsi, orada Kremlin ünvanına sərt açıqlamalar səsləndirməsi, Abxaziya və Cənubi Osetiyanın işğalının Vaşinqton tərəfindən heç vaxt tanınmayacağı barədə aydın ismarışlar göndərməsi şəksiz ki, Moskvanı narahat edib və onu təcili cavab addımları atmaq, güc nümayişi sərgiləmək zorunda qoyub.
Nəzərə alsaq ki, Tramın impiçmentlə hakimiyyətdən uzaqlaşdırılması ehtimalı böyükdür və onun yerini məhz M.Pens tuta bilər, o zaman belə də demək mümkündür ki, əslində Tiflisə səfər edən vitse-prezident yox, ABŞ-ın faktiki prezidenti olub. Bu üzdən, Kremlin Pensin səfərinə dərhal və Putin səviyyəsində cavab reaksiyasının zəruri bilinməsi ikiqat anlışalandır.
Abxaziya səfəri ilə Putin ikinci bir mesajı şübhəsiz ki, bölgə xalqlarına və paytaxtlarına, o sırada Bakıya vermək istəyir. Yəni ki, Rusiya öz ordusu ilə, top-tüfəngi ilə burda - Güney Qafqazda, sizin yaxınlığınızda və yanınızdadır, odur ki, Qərbə, Amerikaya, NATO-ya sarı boylanmayın. Bakı, Tiflis və İrəvana əsas ismarış bundan ibarətdir.
***
Konkret Azərbaycanın maraqlarına gəlincə, Putinin beynəlxalq hüquqa zidd olan Abxaziya səfəri əslində elə Dağlıq Qarabağa qanunsuz səfər kimi bir şeydir. Çünki Azərbaycan da Abxaziyanı Gürcüstanın ayrılmaz tərkib hissəsi sayır. Belə çıxır ki, Moskvanın regional maraqları tələb eləsə, eyni addımı Qarabağa münasibətdə də ata bilər - məsələn, birdən Azərbaycan da Gürcüstan kimi nə vaxtsa Kremlin cızdığı «xətdən» çıxsa, «günah işlətsə».
Unutmaq lazım deyil ki, Gürcüstan hökuməti məhz Cənubi Osetiyanı güc yolu ilə azad eləmək istəyərkən Moskvanın qəzəbinə gəlib və Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Məntiqlə, Rusiya qonşu ölkədə separatçı rejimlərin əsas himayədarıdısa, o zaman ola bilməz ki, qızışdırdığı Qarabağ konfliktində də erməni separatçılarına simsarlıq eləməsin.
Onun da yada salmaq yerinə düşər ki, bu yaxınlarda Moskvada Rusiya ermənilərinin diaspor lideri Ara Abramyanın 60 illik yubiley tədbirinə Putin öz mətbuat katibi Dmitri Peskovu və xarici işlər naziri Sergey Lavrovu göndərmişdi. Həmin mərasimə Qarabağ separatçılarının lideri Bako Saakyan da qatılmış, Lavrov və Peskovla qədəh toqquşdurmuşdu...
Deyilə bilər ki, Azərbaycanın Rusiya ilə münasibətləri «5 günlük müharibə»yədək Gürcüstanın Rusiya ilə mövcud olmuş münasibətlərindən fərqlidir, daha yaxındır, strateji tərəfdaşlıq səviyyəsindədir, arada çoxmilyardlıq silah ticarəti məsələsi var.
Lakin o da faktdır ki, Moskva Dağlıq Qarabağ probleminin dinc, ədalətli həllinə indiyədək hər hansı töhfə verməyib. Kreml əlində böyük və unikal imkanlar ola-ola, daim konflikti sırf öz maraqları naminə süni surətdə uzatmağa çalışıb. Moskvanın «Azərbaycanla Ermənistan razılığa gəlsin, biz qarant duraq» mövqeyi də müstəsna olaraq bu hədəfə hesablanıb.
***
Bir sözlə, bu, proqnoza yatmayan Rusiyadırsa, Bakı da onu həmişə ciddiyə almaq zorundadır. Eyni zamanda Bakı nə vaxtsa həqiqətən münaqişənin güc yolu ilə həll etmək zorunda qala bilər. O zaman konflikti süni surətdə uzadan Rusiya Azərbaycana qarşı «Gürcüstan varinatı»nı seçməz ki? Rusiyanın XİN başçısı Sergey Lavrovun məlum «Qarabağda müharibə Azərbaycanın daxili işi deyil» hədəsi «Putin Qarabağa da gedə bilər»in anonsu deyil ki?
Hər halda, «bu səfər Qarabağ konfliktinin həllinə müsbət təsir etməyəcək». «Yeni Müsavat»ın yazdığına görə, politoloq Arzu Nağıyev bu fikirdədir. Onun qənaətincə, Rusiya prezidentinin səfəri iki əsas məqsəd güdür: «Birincisi, ümumiyyətlə, Abxaziyada daxili siyasi vəziyyət o qədər də ürəkaçan deyil. Belə ki, Rusiya bu separatçı quruma maddi dəstək, yatırımlar qoyulacağı haqqında bağlanan müqavilələrin yerinə yetirilməməsi ilə bağlı danışıqlar aparacaq. Abxaziya cəmiyyətində bölünmə baş verir. Bunun bir səbəbi maddi məsələlər olsa da, ikincisi Gürcüstanın Avropa Birliyi ilə vizasız rejim münasibətidir. Digər əsas məqam ABŞ-ın vitse-prezidenti Maykl Pensin Gürcüstana son səfəridir. Gürcüstan NATO-ya daxil olsa, Qara dəniz sahilini məhz Abxaziya istiqamətindən təhlükə gözləyir, bu isə Rusiya sahillərinə yaxın bir ərazidir və təhlükəsizliyə təhdiddir. Pens bu iki separatçı qurumu tanımadıqlarını bəyan etməklə, öz çıxışlarında da bu haqda çox açıq şəkildə danışır və hətta Abxaziya və Cənubi Osetiyanın güc yolu ilə Gürcüstana birləşdirilməsi təklifini verir».
Siyasi təhlilçi hesab edir ki, separatçılarla bağlı baş verən bütün bu proseslər, həmçinin Putinin Abxaziyaya səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir etməyəcək: «Eyni zamanda Serj Sərkisyan və onun separatçı dəstəsi də başa düşməlidir ki, bu gün Rusiya bütün bu yaratdığı müharibə ocaqlarını tam nəzarətdə saxlamaq iqtidarında deyil. Ona görə də Moskva belə manevrlər edir».
Bu manevrlərin bölgəyə, Azərbaycana, Dağlıq Qarabağ məsələsinə yeni nə vəd elədiyini bilmək üçünsə yəqin ki, çox gözləmək lazım gəlməyəcək. Çünki proseslər gözlənildiyindən də sürətli getməyə başlayıb.