vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TÜRK DÜNYASI  
22:22 | 18 yanvar 2014 | Şənbə Məqaləyə 1811 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tələt Paşa Komitəsinin İstanbul toplantısı

Hüsaməttin Cindoruk: «Bu, eyni zamanda Azərbaycanın qələbəsidir»

İstanbulda Tələt Paşa Komitəsinin növbəti toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantının açılışında keçmiş prezident Əhməd Necdət Sezərin, İşçi Partiyasının həbsdə olan sədri, Tələt Paşa Komitəsinin koordinatoru Doğu Perinçekin, İstanbul bələdiyyə başqanı Kadir Topbaşın təbrik mesajları oxunub.

Açılışda çıxış edən İşçi Partiyasının baş katibi Fərid İlsevər əsas məqsədin Avropa İnsan Haqları Məhkəməsinin 17 dekabr 2013-cü ildə «söz və ifadə azadlığını məhdudlaşdırmasına görə» İsveçrəni cəzalandırmasından sonra yaranmış vəziyyəti müzakirə etmək və Tələt Paşa Komitəsinin qurucu başqanı, Şimali Kipr Türk Cümhuriyyətinin qurucu prezidenti Rauf Denktaşın 2 il əvvəl vəfatı, komitənin koordinatorları, İşçi Partiyasının sədri Doğu Perinçek və İstanbul universitetinin keçmiş rektoru Kamal Alemdaroğlunun həbsdə olmalarına görə bu vəzifələrə yeni şəxslərin seçilməsinin müzakirəsi olduğunu bildirib.
Doğu Perinçək «Silivri» həbsxanasından göndərdiyi mesajında «erməni soyqırımı» böhtanları ilə Türkiyənin mühasirə altına alınmaq istənildiyini, ancaq Tələt Paşa Komitəsinin qərarlı mübarizəsi və AİHM-in 17 dekabrdakı hökmü ilə mühasirəni yardıqlarını, bundan sonra Avropa, ABŞ və Cənubu Amerika ölkələrinin dərsliklərindən «soyqırım» məfhumunun çıxarılacağını, «soyqırım» qərarı qəbul etmiş parlamentlərin qərarlarına yenidən baxaraq ləğv etmək məcburiyyətində qalacaqlarını» vurğulayıb.
Toplantıda çıxış edən Türkiyənin tanınmış rəssamı Bədri Baykam Tələt Paşa Komitəsində «erməni soyqırımı» böhtanlarına qarşı mübarizə aparmaqdan çox məmnun olduğunu» və AİHM-in 17 dekabr qərarının Türkiyə üçün böyük zəfər olduğunu» deyib. Bədri Baykam «Türklər 1 milyon erməni, 30 min kürd öldürdü»- sözünə görə Nobel aldı» dediyi yazar Orhan Pamuku sərt tənqid edib. Tələt Paşa Komitəsinin İsveçrədən gələn fəalları isə AİHM-in 17 dekabr qərarından sonra ölkədə «erməni soyqırımı» barədə gedən müzakirələr və Məclisin «soyqırım» qərarını ləğv etməsinə dair ictimaiyyət arasından yüksələn təzyiq barədə danışıblar. Toplantının sonunda Tələt Paşa Komitəsinin yeni başqan və koordinatorunun seçilməsi, namizədlərin müəyyənləşdirilməsi ilə bağlı iştirakçıların rəyi soruşulub. Komitənin 7 nəfərdən ibarət idarə heyəti bu günlərdə başqan, koordinator və mətbuat sözçüsünün adlarını açıqlayacaq.
Tələt Paşa Komitəsinin toplantısında iştirak edən Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Hüsaməttin Cindoruk APA-ya verdiyi açıqlamada deyib ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarı eyni zamanda Azərbaycanın qələbəsidir: «Ona görə də Azərbaycan bu qərara həssaslıqla yanaşaraq Türkiyə ilə daha çox əməkdaşlıq etməlidir. Mübarizənin bundan sonrakı mərhələsində Türkiyə ilə ortaq addımlar atılması üçün Azərbaycan öz qüvvəsini əsirgəməməlidir. Həm bizim Tələt Paşa Komitəmizlə, həm də mətbuatımızla yaxın əməkdaşlıq etməyinizi gözləyirik».
Toplantıda iştirak edən Cümhuriyyət Xalq Partiyasının Əskişəhər millət vəkili, konstitusiya hüququ üzrə professor Süheyl Batum APA-ya açıqlamasında deyib: «AİHM-in Perinçek qərarı mənə görə, Bozkurt-Lotus iddiasından üzü bəri Türkiyənin ən önəmli məhkəmə qələbəsidir. Keçən əsrin 70-ci illərindən bəri Türkiyənin üzərində inanılmaz bir təzyiq vardı. Türkiyəyə deyilirdi ki, soyqırım törətmisən, bunu qəbul et. Elə isə «soyqırım» məfhumunun hüquqi cəhətdən qəbul edilə bilinməsi üçün müəyyən kriteriyalar var. 1915-ci il hadisələrində belə bir şey yoxdur. Avropa İnsan Haqları Məhkəməsi Perinçek qərarı ilə həm xaricdəkilərə, həm də Türkiyədə «soyqırım olmuşdur»- deyən bəzi «ziyalılara» bunu göstərdi. Bu, Türkiyə Cümhuriyyətinin haqlılığını göstərən ən önəmli qərarlardan biridir. Ancaq AİHM-in qərarı Tayyip Ərdoğana ziyan vurar deyə, nə mətbuat bu qərara lazımi qədər yer verdi, nə də ziyalıların 90 faizi ağzını açdı. Bu da Türkiyədəki mövcud vəziyyəti anlamaq baxımından diqqəti cəlb edir».
Türkiyə İşçi Partiyasının sədri Doğu Perinçek 23 iyul 2005-ci ildə İsveçrənin Lozan şəhərində keçirilən mitinqdə dediyi «Erməni soyqırımı beynəlxalq yalandır» - sözlərinə görə, İsveçrə polisi tərəfindən nəzarətə alınıb, dönəmin xarici işlər naziri Abdullah Gülün müdaxiləsi ilə sərbəst buraxılıb. Daha sonra Lozan məhkəməsi Perinçekə 3 ay həbs cəzası verilib, həbs cəzası pul cəriməsinə çevrilib. Söz və ifadə azadlığının məhdudlaşdırılması ilə bağlı İsveçrə məhkəmələrinə müracət edən Perinçekin cəzası qüvvədə saxlanılıb. 23 mart 2008-ci ildə Doğu Perinçek «Ergenekon» əməliyyatı çərçivəsində həbs edilib. Həmin ilin iyununda Perinçekin vəkili Mehmet Cengiz İsveçrənin «söz və ifadə azadlığını məhdudlaşdırdığı» iddiasıyla AİHM-ə müracət edib. Türkiyə dövləti, xarici işlər naziri Əhməd Davudoğlunun imzasıyla 15 sentyabr 2011-ci ildə AİHM-ə göndərdiyi məktubda Doğu Perinçekin iddiasını müdafiə edib.
22 yanvar 2006-cı ildə İstanbulda yaradılmış Tələt Paşa Komitəsinin əsas məqsədi «erməni soyqırımı» iddialarına qarşı Avropa və ABŞ-da mübarizə aparmaq olub. Bu çərçivədə xeyli kitab tərcümə edən, beynəlxalq konfranslar keçirən Tələt Paşa Komitəsi, 2006-cı ilin mart-aprel aylarında Berlin, Paris və Londonda mitinqlər təşkil edib. 2006-cı ilin avqustunda Avropa Parlamenti Türkiyə hökumətinə müracət edərək «Tələt Paşa Komitəsini ləğv etməyi tələb edib». Doğu Perinçek, Kamal Aləmdaroğlu, Mehmet Perinçeke qarşı yazılmış «Ergenekon» ittihamnamələrində «Tələt Paşa Komitəsi vasitəsi ilə «Ergenekon» təşkilatının təlimatına uyğun olaraq ermənilərin milli duyğularını incidən işlər görüldüyünə» dair iddialar yer alıb. 2 il həbsxanada qalan Mehmet Perinçek 5 avqust 2013-cü ildə azad edilib, həbs edilmədən məhkəmə istintaqı aparılan Kamal Aləmdaroğlu aldığı ömür boyu məhkumiyyət cəzasına görə eyni gün həbs edilib, Tələt Paşa Komitəsinin koordinatoru Doğu Perinçek isə 2 dəfə ömür boyu həbsə məhkum edilib.