vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
TOP OYUNLARI  
18:39 | 29 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 1159 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Neftçi» kimə tapşırılır?

Yeni baş məşqçinin adı hər an açıqlana bilər

Baş məşqçi postu vakant qalan «Neftçi» Elxan Abdullayevə xələf axtarışını davam etdirir. Yeni çalışdırıcının bu həftə içində təyinatı mümkündü, amma...

Futbolinfo.az xəbər verir ki, «Neftçi»nin yeni baş məşqçisi postuna namizədlərdən heç biri ilə ciddi danışıqlar aparılmayıb. Klub rəhbərliyinin zəif nəticələr üzündən öz taleyi də sual altında olduğu üçün sponsorlar qərar verməyə tələsmir. Əcnəbi mütəxəssis gətirmək üçün maliyyə imkanı yoxdu, yerli məşqçilər arasında isə seçim imkanı geniş deyil. Həm də indiki rəhbərliyin sözü ilə oturub-duracaq çalışdırıcıların bacarıq səviyyəsi «Neftçi» kimi klub üçün qənaətbəxş sayılmır.

Belə çətin durumda rəhbərlik müvəqqəti baş məşqçi olan Elşad Əhmədovu ən azı qışa kimi bu postda saxlamağı düşünür. «Kəpəz»lə 3-cü tur matçına komandanı çıxaran məşqçiyə «gəncəliləri ud, baş məşqçi kimi təsdiqlən» vədi verən rəhbərlik yenə oxşar təklifə hazırlaşır. 0:0 bitən həmin matçda komandanın nisbətən yaxşı oynaması idarəçiləri ümidləndirib. İndi də Əhmədova sentyabrın 10-dakı qarşılaşma nişan verilib. Elşad bəy Sumqayıtda komandaya qələbə qazandıra bilsə, baş məşqçi kimi təsdiqlənəcək.

Əlbəttə, hər gün nələrinsə dəyişdiyi klubda bu da son söz olmaya bilər. Çünki artıq «Neftçi»də indiki bacarıqsız idarəçilərə etibar edilmir, kluba daha yüksək səviyyədə nəzarət var. Ona görə də hər an paytaxt təmsilçisinin düşərgəsindən yeni xəbər ala bilərik.