««Washington Post» feyk məlumatlar üzrə ixtisaslaşıb»
Prezidentin köməkçisi: «Saxtakar nəşr müəyyən dairələrin əlində silaha çevrilib»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
““Lider”in eyforiyası”
Əli Həsənov radikal müxalifətə niyə hücum edir?
-
İlham Əliyev dövlətçiliyin keşiyində, ...
... antimilli qruplar isə hakimiyyət eşqində
-
“Yalan və saxtadır!”
Prezidentin köməkçisi İlham Əliyev haqqındakı iddiaları təkzib etdi
-
Əli Həsənov üçün xüsusi tarix - 10 MART
Prezidentin köməkçisi 59 yaşını tamamladı
-
“Məişət zəminində yaşanan hər hansı insident...”
Əli Həsənov azərbaycanlılarla çeçenlərin davası haqda ...
-
Prezidentin köməkçisindən çağırış
Əli Həsənov: “Könüllülük fəaliyyəti Azərbaycan gəncləri üçün əlverişli imkanlar yaradır”
-
“Son 15 il tarixi uğurlarla yadda qalıb”
Ə.Həsənov: “Azərbaycan dünyanın enerji xəritəsini dəyişib”
-
Tarixin ən vacib mərhələsində siyasət meydanına çıxan şəxsiyyət
“Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib
-
“Dini etiqad hər kəsin şəxsi işidir”
Əli Həsənov: “Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”
-
“Özünü Avropadakı “iaşə müxalifəti lideri” kimi tanıtmış...”
Prezidentin köməkçisindən sərt sözlər
-
“Azərbaycanda heç kimin qəlbində dini ayrı-seçkilik yoxdur”
Əli Həsənov: “Ümummilli lider Heydər Əliyev Azərbaycanda dövlət-din münasibətlərinin nümunəvi modelini yaratdı”
-
““Söyüş kampaniyasının” səmərəsizliyi onların yuxusunu ərşə çəkib”
Əli Həsənov: “Bu, Azərbaycana, onun milli maraqlarına qarşı qurulmuş növbəti məkrli oyundur”
-
«Onların yanında olanda özümü çox güclü hesab edirəm»
Əli Həsənov: «Jurnalistlərlə ünsiyyətdə olmaq mənim üçün çox şərəfdir»
-
«25 illik müxalifət yenə də öz ampluasındadır»
Əli Həsənov: «Vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir...»
-
«1 həftəyə Qarabağı ...»
Əli Həsənovdan sensasion açıqlama: «... 1 aya Ermənistanın ərazisini götürə bilərik»
-
Azərbaycan «TRT World»lə dünyaya açılır
İngilisdilli türk kanalı ilk müsahibəni prezidentin köməkçisi Əli Həsənovdan alıb
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ-ın «The Washington Post» nəşri tərəfindən irəli sürülmüş iddialara münasibət bildirib. VAXT.AZ xəbər verir ki, Əli Həsənov AzərTAc-a açıqlamasında deyib:
-2017-ci il iyulun 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə kütləvi informasiya vasitələrinin əməkdaşları üçün tikilmiş binanın açılış mərasimi keçirilib və daha 255 media nümayəndəsi mənzil sahibi olub. Azərbaycan Prezidentinin nəcib və dəyərli təşəbbüsü bütün jurnalistlərimiz, media ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib və alqışlanıb, dövlətimizin başçısının KİV əməkdaşlarının sosial məsələlərinin həllinə diqqət və qayğısının bariz nümunəsi kimi xarakterizə edilib.
Təəssüf ki, bu mühüm təşəbbüs artıq formalaşmış ənənəyə uyğun olaraq bəzi yerli siyasi qruplar, onların nəzarətindəki media orqanları, həmçinin bir sıra xarici KİV-lər tərəfindən qərəzli şəkildə şərh edilir, «ölkədə söz və məlumat azadlığının məhdudlaşdırılması», «jurnalistləri ələ almaq cəhdi» və s. bu kimi cəfəng iddialar irəli sürülür.
Azərbaycana qarşı həmişə qərəzli münasibəti ilə seçilən ABŞ-ın «Washington Post» nəşri «Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır. Digərləri isə zindan» adlı sifarişli redaksiya məqaləsi ilə çıxış edərək qeyri-obyektivlik nümunəsi olduğunu bir daha aydın şəkildə göstərib. Dövlətin KİV əməkdaşlarının mənzil-məişət problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərin konkret cinayət əməlinə görə həbs edilmiş şəxslərin işləri ilə əlaqələndirilməsi qərəz və məntiqsizlikdən başqa bir şey deyil. Yalan, faktların təhrif olunması və ya məqsədli şəkildə təqdim edilməsi həmin məqaləyə və ümumiyyətlə, bu nəşrin informasiya siyasətinə xas olan xüsusiyyətlərdir.
Təsadüfi deyil ki, hətta ABŞ Prezidenti Donald Tramp artıq bir neçə dəfə «Washington Post»u yanlış məlumatlar dərc etməkdə, faktları saxtalaşdırmaqda, müxtəlif siyasi dairələrin maraqlarına xidmət göstərməkdə və «feyk xəbərlər» üzrə ixtisaslaşmaqda ittiham edib. Cənab Tramp öz «Twitter» hesabında bildirib ki, «Washington Post» qəzeti onun Bəşər Əsədlə mübarizə aparan Suriya üsyançılarına yardım proqramını dayandırması ilə bağlı faktları təhrif edib. ABŞ dövlət başçısının qənaətinə əsasən, feykxəbərçi nəşr onun haqqında çoxlu sayda yalan tarixçələr quraşdırır və faktiki olaraq müəyyən dairələrin əlində silaha çevrilib.
Açıq-aydın görünür ki, «Washington Post» ABŞ-ın müəyyən siyasi və monopolist dairələri tərəfindən dövlət başçılarına, ictimai-siyasi xadimlərə, biznes strukturlarına və hətta ayrı-ayrı dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə olunur və heç bir halda azad media nümunəsi hesab edilə bilməz. Buna görə də «Washington Post»un və onun arxasında duran dairələrin «demokratiya mübarizəsi», «media azadlığı» çağırışları gözə kül üfürməkdən başqa bir şey deyil.