14:33 | 3 yanvar 2013 | Cümə axşamı
Məqaləyə 1992 dəfə baxılıb
Şriftin ölçüsü
«Fikrim qətidir»
«Artıq mənim Paris macəram başa çatdı»
Ötən mövsüm «Fənərbaxça»dan PSJ-ə transfer olunan Dieqo Luqano yaxın günlərdə komandasından ayrılmağa hazırlaşır. Apasport.az saytının «El Pais»a istinad məlumatına görə, həm zədəli olduğu üçün, həm də baş məşqçi Karlo Ancelotti tərəfindən bu mövsüm meydana çıxa bilməyən uruqvaylı müdafiəçi Paris klubundan gedəcəyini açıqlayıb.
Amma Luqano hansı kluba keçəcəyini hələ dəqiqləşdirmədiyini vurğulayıb: «Şənbə günü Avropaya gedib və orada hansı addım atacağıma baxacağam. Amma fikrim qətidir. Lakin hələ bilmirəm ki, hansı komandaya keçəcəyəm. Artıq mənim Paris macəram başa çatdı»Qeyd edək ki, Dieqo Luqano ilə Braziliya «Sab-Palo»su yaxından maraqlanır.