vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TOP OYUNLARI  
22:07 | 18 oktyabr 2017 | Çərşənbə Məqaləyə 2296 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«CBC Sport»un xəcaləti

Vədə əməl edə bilmədilər ...

Bir müddət öncə Türkiyə Super Liqasını yayımlayacağına dair müjdə verən, lakin sonradan buna əməl edə bilməyən «CBC Sport» telekanalı yaranmış vəziyyətlə bağlı rəsmi açıqlama yayıb.

VAXT.AZ sizi həmin açıqlama ilə tanış edir:

«Çox hörmətli tamaşaçılarımız, futbol ictimaiyyəti!

Təəssüf hissi ilə bildirmək istəyirik ki, Türkiyə Super Liqasının oyunlarının rəsmi yayım hüququna malik «DigiTürk» şirkətinin birtərəfli istəyinə əsasən, «CBC Sport» ilə bu qurum arasında müqaviləyə xitam verilib. Belə olan halda biz heç cür vədimizə əməl edə bilmirik və Türkiyə Super Liqasının oyunları bizim kanalda yayımlanmayacaq.

«DigiTürk»dən olan tərəfdaşlarımızın müqavilə bağlayıb, sonra isə onu birtərəfli qaydada ləğv etməsi həm bizə, həm müqavilənin bağlanmasında vasitəçi «Saran Holding» şirkəti əməkdaşlarına müəmma olaraq qalır.

Məsələni araşdırmağa çalışdıq və gəldiyimiz qənaəti sizinlə də bölüşürük. Lakin xatırlatmaq istəyirik ki, bu, bizim təxmin və ehtimallardır.

Rəsmi müqavilə bağlanandan sonra efirmizdə, kanala aid bütün sosial şəbəkələrdəki səhifələrmizdə, həmçinin Azərbaycandakı jurnalist dostlarmızla bu xoş xəbəri bölüşdük. Çünki bu müqavilənin bağlanması naminə olmazın əziyyət çəkmiş, çoxlu enerji sərf etmişdik. Super Liqa oyunlarının ilk dəfə ölkə xaricində açıq yayımda olan telekanal tərəfindən göstəriləcəyi xəbəri ertəsi gün qardaş və dost Türkiyədə, onun mediasında geniş müzakirələrə səbəb oldu. Əldə etdiyimiz məlumata əsasən, ilk 24 saat ərzində «CBC Sport» telekanalını Türkiyə ərazisində izləmək üçün lazım olan peyk avadanlıqları, hətta illərlə anbarlarda yığılıb qalan texniki mallar belə, sürətlə alınıb. Amma tələb o dərəcədə böyük olub ki, hətta bütün bunlar da Türkiyədə texniki vasitələrə yaranan tələbatı tam ödəməyib.

Türkiyə mediasını və müxtəlif forumları monitorinq etdikdə niyə Türkiyədə yerli çempionatın oyunlarını izləmək üçün futbolsevərlər pul verməli, Azərbaycanda isə oyunlar pulsuz nümayiş etdirilməlidir kimi etiraz dolu çoxsaylı fikirlərə rast gəldik.

Bu iki məqam arasında paralel aparanda belə düşünmək olar ki, məhz bu cür nüansların üzə çıxması nəticəsində «DigiTürk»də çalışan tərəfdaşlarımız müqaviləni ləğv etmək kimi radikal addım atıblar. Bir daha bildirmək istəyirik ki, bu, məsələyə bizim şəxsi baxışımızdır. Və bütün bunları, sadəcə, ehtimal edirik.

Biz heç vaxt pul, qazanc və reklam dalınca qaçmamışıq. Çünki bizim əsas qazancımız siz tamaşaçıların maraq və sevgisidir. Amma adi həyatda olduğu kimi, televiziya həyatında da bəzən çalışıb işi daha yaxşı görmək istəyirsən, lakin kənar müdaxilələr buna imkan vermir.

Ölkə idmansevərlərini həmişə yeniliklərlə və maraqlı idman layihələri ilə sevindirən «CBC Sport» yaranmış xoşagəlməz vəziyyətə görə sizlərdən üzr istəyir!

Problemin müsbət həlli üçün əlimizdən gələni etdik, təəssüf ki, etdiklərimiz yetərli olmadı. Haqlı irad və etirazlarınızı anlayışla qarşılayır, qəbul edirik. Vədimizə əməl edə, Türkiyə Super Liqasının oyunlarını yayımalya bilmədiyimizə görə bir daha üzrxahlıq edirik.

P.S. Bu, «CBC Sport» telekanalının rəsmi məlumatıdır. Jurnalist dostlarımızdan, «Facebook», «Twitter» və «İnstagram» istifadəçilərindən artıq dərəcədə xahiş edirik ki, məsələ ilə bağlı kanal rəhbərliyinə, eləcə də istənilən əməkdaşına müraciət etməyəsiniz».