vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
23:33 | 18 oktyabr 2017 | Çərşənbə Məqaləyə 1467 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Özümüzü qalib sayırıq»

Tahir Gözəl: «Qurban müəllim bir çarə edəcək»

«Qarabağ»ın vitse-prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşdıqları İspaniyanın «Atletiko» klubu ilə oyundan sonra jurnalistlərə müsahibə verib. VAXT.AZ sizi həmin müsahibə ilə tanış edir:


- Bir xala görə «Qarabağ»ı təbrik etmək olarmı?

- Hamınız şahid oldunuz, komandamız bir daha sübut etdi ki, Avropanın ən güclü rəqibləri ilə də baş-başa oynamaq olar. Bu komanda bu gün adımızı, Azərbaycanımızı layiqincə təmsil etdi. Bu, xalqımızın gücüdür. Əminəm ki, dünya bu oyunu alqışlayacaq. Biz bu gün qürurla vidalaşırıq. Hesab edirəm ki, bu oyunu Madirddə də göstərə bilsək, nəticə ala bilərik.

 

- Yəqin ki, nəticə sizdə sevincdən çox təəssüf hissi yaradıb...

- Təbii ki elədi. Yaxşı imkanlarımız var idi, penalti epizodu da mübahisəli idi. Onlardan yararlana bilsəydik, daha yaxşı olardı. Hakimin göstərdiyi qırmızı vərəqə məni çox narahat etdi. «Atletiko» kimi komandaya qarşı 18 dəqiqə 10, son dəqiqələrdə isə 9 nəfərlə oynadıq. Mən hesab edirəm ki, biz bu oyunu udduq. Özümüzü qalib hesab edirik.

 

- Bu oyundan sonra Avropa Liqasına getmək üçün ümid yarandımı?

- Etiraf edək ki, ola biləcək ən ağır qruplardan birinə düşmüşük. Hesablara baxırıq, 1 xalımız var. Önümüzdəki matçlara baxırıq, heç olmasa bir qələbə qazansaq, nəyəsə ümid edə bilərik. Ümumiyyətlə, hesab edirəm ki, şansımız var.

 

- Dino Ndlovu qırmızı vərəqə aldı və cavab oyununda meydana çıxmayacaq. Bu, sizi narahat etmir?

- Bizim üçün itkidir, ancaq Qurban müəllim özü bir çarə edəcək.

 

- Sizcə «Qarabağ» üçün ən uyğun rəqib «Atletiko»dur?

- «Atletiko»nun xüsusilə əks-hücumları çox məşhurdur. Çox yüksək, dünya səviyyəli komandadı. Bu yaxınlarda «Barselona» ilə heç-heçə oynayan komandaya qarşı çıxış edirik. (Apasport)